PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib.
Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlara satış dövriyyəsi əsasında girovsuz kredit əldə etmək imkanı yaradır. Sahibkarlar POS Kredit vasitəsilə 5 000 manatdan 250 000 manatadək maliyyələşmədən yararlana bilərlər. İlk 15 gün ərzində faiz hesablanmır və faktiki illik faiz dərəcəsi (FİFD) 19,06% təşkil edir.
Məhsulun əsas üstünlüklərindən biri kredit ödənişlərinin sahibkarın POS dövriyyəsinə uyğunlaşdırılmasıdır. Sahibkarlar kredit ödənişlərini satış dövriyyələrinə uyğun şəkildə həyata keçirə bilirlər.
POS Kreditə PAŞA Bankın onlayn bankçılıq platforması və biznes mobil tətbiqi vasitəsilə müraciət etmək mümkündür. Kreditdən yararlanmaq üçün müştəri ən azı 6 ay PAŞA Bankın POS xidmətindən istifadə etməli, VÖEN üzrə fəaliyyət müddəti isə bir ildən çox olmalıdır. Digər şərtə əsasən, son altı ayın hər birində bankın POS terminalları vasitəsilə 30-dan çox əməliyyat aparılmalıdır. Kredit məbləği yalnız PAŞA Bank üzrə POS dövriyyəsi nəzərə alınmaqla müəyyən edilir.
PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" adına layiq görülüb. Bank son illərdə Euromoney və Global Finance tərəfindən də müxtəlif nominasiyalar üzrə təltif olunub. Eyni zamanda, Stevie Awards müsabiqəsində "İlin şirkəti" nominasiyası üzrə "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Ətraflı məlumat və müraciət üçün linkə daxil olun
30 Oktyabr 2026
Li / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi