"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapmaq əvəzinə, bir-birinin mövcud müştərilərini cəlb etməyə çalışırlar.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bankların digər kredit təşkilatlarının müştərilərini cəlb etməyə çalışması beynəlxalq bank praktikasında normal rəqabət üsullarından biridir.
"Bir bank hansısa müştəriyə xidmət göstərirsə, kredit verirsə və həmin müştərinin normal kredit tarixçəsi varsa, sağlam kredit müştərisidirsə, başqa bank da yeni müştəri axtarmaqdansa onu cəlb etməyə çalışır. Bu, normal praktikadır. Keçmişdə özüm də bankir olmuşam, digər banklardan müştəri cəlb etmişəm", – deyə Mərkəzi Bankın sədri vurğulayıb.
Biznes kreditlərində konsentrasiya artır
Taleh Kazımov bildirib ki, Mərkəzi Bankın müşahidələrinə əsasən, xüsusilə biznes kreditləşməsi sahəsində kredit portfelinin konsentrasiyası artır. Bu isə kreditlərin getdikcə daha çox mövcud borcalanlarda cəmləşməsi ilə müşayiət olunur.
"Biz görürük ki, kreditləşmədə, xüsusilə biznes sahəsində portfeldə konsentrasiya artır. Eyni müştərilərin kredit borcunun məbləği artır. Bizim üçün bu, yeni kredit müştərilərinin kifayət qədər olmamasının göstəricisidir", – deyə o qeyd edib.
AMB sədri əlavə edib ki, yeni kredit müştərilərinin cəlb edilməsi banklar üçün daha risklidir. Çünki həmin şəxslərin və ya müəssisələrin konkret bankda, bəzən isə ümumiyyətlə maliyyə sektorunda kredit tarixçəsi olmur.
Bankların 4,6 milyard manat sərbəst vəsaiti var
Taleh Kazımovun sözlərinə görə, 2026-cı ilin sentyabr ayının sonuna bank sektorunun sərbəst vəsaitləri 4 milyard 600 milyon manata çatıb. O bildirib ki, bu, Azərbaycan bank sektoru üçün kifayət qədər böyük məbləğdir və sektorun aktivlərinin təxminən 10 faizinə bərabərdir. Mərkəzi Bankın sədri vurğulayıb ki, həmin vəsait bankların likvidlik, məcburi ehtiyat və digər prudensial tələblərə əməl etməsindən sonra sərəncamlarında qalan sərbəst resurslardır.
"Bank nədən pul qazanır? Pulu cəlb edir və həmin pulu kredit şəklində verir. Bank sektorunda 4,6 milyard manat sərbəst vəsaitin olması kifayət qədər böyük göstəricidir. Bu da onu göstərir ki, bazarda kreditlərə tələb yoxdur", – deyə Kazımov bildirib.
Onun sözlərinə görə, məhz bu səbəbdən banklar yeni kredit müştəriləri tapmaq əvəzinə, mövcud sağlam borcalanları hədəfləyirlər. Bu proses isə kredit portfelində konsentrasiyanın artmasına səbəb olur.
"Mərkəzi Bankın kreditləşmə tələbləri sərt deyil"
Mərkəzi Bankın sədri real sektorun maliyyələşdirilməsinə tətbiq edilən prudensial tələblərin kreditləşməni məhdudlaşdırması barədə ekspert fikirlərinə də münasibət bildirib.
Kazımov bu yanaşma ilə razılaşmadığını vurğulayaraq, Azərbaycanda real sektorun kreditləşdirilməsi üzrə tələblərin beynəlxalq təcrübə ilə müqayisədə daha yumşaq olduğunu qeyd edib.
"Mən yenə də deyirəm ki, Mərkəzi Bankın real sektorun maliyyələşdirilməsi və kreditləşdirilməsi ilə bağlı tələbləri beynəlxalq təcrübə ilə müqayisədə daha çox yumşaqdır, nəinki sərt", – deyə Taleh Kazımov bildirib.
Beləliklə, Mərkəzi Bank sədrinin açıqlamasına əsasən, biznes kreditləşməsində əsas problemlərdən biri bankların maliyyə resurslarının çatışmazlığı deyil, yeni kredit müştərilərinin və kreditə tələbin kifayət qədər olmamasıdır.

Banklar     Tarix: 31 oktyabr 2026

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler kripto bitcoin pul qazanmaq telefonla pul qazanmaq