İKEA şirkətinin tarixi
IKEA dünyanın dörd bir yanında fəaliyyət göstərən ən böyük mebel şirkətlərindən biridir. Biznes.az məlumat verir ki, bu İsveç markasının əsası ilk dəfə Ingvar Kamprad tərəfindən qoyulmuşdur.
17 yaşındakı Ingvar Kamprad tərəfindən 1943-cü ildə İsveçdə qurulan IKEA 2008-ci ildən bəri dünyanın ən böyük mebel satıcısıdır. "Bloomberg" milyarderlər indeksinin məlumatlarına əsasən, İngvar Kamprad 2018-ci ildə 58.7 milyard dollar sərvəti ilə dünyada ən zəngin 8-ci adam olub.
İnqvar kiçik isveç şəhəri Elmxultda anadan olub. Onun irqindən olan insanlar, bir o qədər də uğurlu olmasalar da o, artıq iş adamları olmuşdu. Babası ilə nənəsi ticarət ilə məşqul idilər. Böyük kredit borclarının nəticəsində bu ticarət babasının intihar etməsinə səbəb olur. İnqvarın özü isə artıq kiçik yaşlarından məhsul-pul münasibətlərinə maraq göstərirdi. Təxminən 5 yaşlarında İKEA-nın təsisçisi kibrit satırdı. Məktəbli yaşlarında o ya balıq sataraq,ya tum,ya moruq və hətta milad açıqçaları sataraq özünü bir neçə sahədə sınamışdır. Çox güman ki, elə bu onun əsl məktəbi olub. Çünki İnqvar Kampradın ali təhsili yoxdur. O,biznes üzrə təhsil almayıb,acgözlüklə hər hansı bir biznes-ədəbiyyatını oxumayıb. Bütün bilikləri şəxsi təcrübəsinə və diqqətliyinə əsaslanırdı.
İKEA adı bir akronim olub, təsisçinin adının (İnqvar Kamprad), onun doğulduğu fermanın (Elmtarid) və yaxınlıqdakı kiçik kəndin (Aqunnyarid) adının baş hərflərindən götürülüb. 1943-cü ildə İnqvar Kamprad poçt sifarişi ilə satış biznesi olaraq IKEA-nı qurdu və beş ildən sonra mebel satmağa başladı. İlk mağaza 1958-ci ildə Smoland əyalətinin Elmhult şəhərində Möbel-IKEA (Möbel isveçcə "mebel" deməkdir) adı ilə açılmışdır. İsveçdən kənarda ilk mağazalar Norveçdə (1963) və Danimarkada (1969) açılıb. Mağazalar 1970-ci illərdə Avropanın digər hissələrinə yayıldı, Skandinaviyadan kənarda ilk mağaza İsveçrədə (1973), ardınca Qərbi Almaniyada (1974) açıldı.
İlk illərdə IKEA əsasən aşağı qiymətə satılan saatlar, qələmlər, aksesuarlar və buna bənzər digər məhsulların satışı ilə məşğul idi. 1945-ci ildə Ingvar Kamprad faydalı olacağını düşünərək şirkəti reklam etmək qərarına gəldi və beləcə, IKEA-nın ilk reklamı yerli qazetlərdən birində yayımlandı.
1948-ci ildə şirkət mebel satışına başladı. Bu, əlbəttə, alınmış ən yaxşı qərar idi ki, hal-hazırda IKEA dünyanın ən yaxşı mebel istehsalçısı hesab edilir.
IKEA 2000-ci illərdə şirkət Yaponiya və Rusiya bazarına çıxdı. Günümüzdə isə IKEA-nın fəaliyyət göstərdiyi ölkələrin sayı 40-a çatır.
İKEA-nın ucuz qiymətlərə belə asanlıqla nail olmasını düşünmək lazım deyil. Şirkətin müvəfəqiyyətinin açarı dizayn və istehsal şöbələrinin əməkdaşlığının çox düzgün şəkildə təşkil olunmasındadır. Hər ikisi bir-birindən asılıdır. Biznes.az məlumat verir ki, birgə iş sayəsində onlar əvvəlcədən məhsulun inkişafını çətinləşdirəcək və yaxud qiymətin qalxmasına səbəb olacaq bütün qeyri-məqbul variantları dəf edirlər.


"İpək Yolu Sığorta": Qüvvədə olan müqavilələr üzrə öhdəliklər tam icra ediləcək
Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır
"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb
Anar Əliyev: Məqsəd sahibkarı cərimələmək deyil, risklərin qarşısını almağa kömək etməkdir
EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bill Qeyts kimdir?
Dropshipping nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-5 bahalı geyim şirkətləri