Elon Musk kimdir?

Elon Musk kimdir?Cənubi Afrikadan dünyaya açılan Elon Musk necə oldu ki, nəinki bizim dünyamıza hətta digər dünyalara-Marsa belə ayaq açmağı bacarmaqdadır?

Əvvəlcədən qeyd etməsək olmaz ki, özünü "dəli" adlandıran Elon Muskun işi təkcə dünyalarla deyil, elektrikli avtomobillərlə də inanılmazları reallaşdırır.

1988-ci ildə, 17 yaşında, Cənubi Afrika ordusunda xidmətə çağrılan Elon Musk, əsgərliyə getməmək üçün çoxdandır arzuladığı bir şeyi reallaşdırır. Ölkəsini tərk edir.

O, xidmətə getməməyib, ölkəni tərk etməsini bu fikirlərlə ifadə edir : "Hərbi xidmətdə problemim yoxdur, lakin Cənubi Afrika ordusunda xidmət etmək və qaradərililəri sıxışdırmağa çalışmaq heç də gözümə xoşa gələn görünmürdü".

Elon Musk öz fikrində olan işləri reallaşdırmaq üçün ABŞ-a köçmək istəyirdi və "Amerika heyrətamiz şeylərin mümkün olduğu yerdir" deyirdi.

1992-ci ildə Ontario ştatının Kingston şəhərindəki Queens Universitetində iki il qaldıqdan sonra o, Pensilvaniya Universitetində biznes və fizika üzrə təhsil almaq üçün Kanadanı tərk etdi. Pensilvaniya Universitetinin The Wharton Məktəbində ixtisasını seçərək İqtisadiyyat üzrə bakalavr dərəcəsi alır. O, həmçinin Pensilvaniya Universitetində İncəsənət və Elmlər Məktəbində fizika üzrə kiçik təhsil alıb. Daha sonra o, Tətbiqi Fizika və Material Elmləri üzrə PhD dərəcəsi almaq üçün Kaliforniyanın Silikon Vadisi bölgəsinə köçdü. Lakin o, doktorluq dərəcəsini tamamlamır.

Bir müddət sonra - 2000-ci ildə Elon Musk indi də hər kəsin tanıdığı və istifadə etdiyi PayPal sistemini yaradır.

2 il üzərində çalışdığı, hər incəliyinə qədər dəqiq işlədiyi PayPalı 2002-ci ildə 1.5 milyon dollara eBay-a satır. Və əsas uğur hekayəsi də bununla başlayır.
Elon Musk kimdir?PayPalın satışından gələn bütün gəliri riskli, lakin arzuladığı SpaceX-ə yatırır.

Musk 2002-ci ilin iyununda üçüncü şirkəti olan Space Exploration Technologies (SpaceX) şirkətini qurur. O, hazırda bu şirkətin baş direktoru və texniki direktorudur.

SpaceX, raket texnologiyasının vəziyyətini inkişaf etdirməyə yönəlmiş buraxılış aparatlarını inkişaf etdirən və istehsal edən bir şirkətdir. Şirkətin ilk iki buraxılış aparatı Falcon 1 və Falcon 9 raketləridir. Elon Muskin ilk kosmik gəmisi isə Dragondur.

Hər kəs SpaceX-in batacağını, düşünsə də, 2008-ci ilin dekabrın 23-də NASA-ya 2011-ci ildə dayandırılmış Space Shuttle-ı əvəz edən Falcon 9 raketi və Dragon-un Beynəlxalq Kosmik Stansiyaya 12 uçuşu üçün 1,6 milyard dollarlıq müqaviləyə layiq görülməklə rəqiblərinə cavab vermiş olur.

Əvvəlcə hər kəs Falcon 9/Dragon-un yük daşıma funksiyasını, Soyuzun isə astronavt daşımalarını həyata keçirəcəyini düşünülürdü. Lakin Elon Muskun xəyalları geniş idi.

Əvvəlcə SpaceX Falcon 9/Dragon-u astronavtların daşınması üçün dizayn edir və Augustine komissiyası astronavtların daşınmasının SpaceX kimi kommersiya şirkətləri tərəfindən idarə olunmasını təklif edir. Çünki Elon Musk kosmosu tədqiq etmək və gələcəkdə insanların da geniş-gəlişini yaratmaq istəyirdi.

Maskın fikrincə, kosmosun tədqiqi bəşəriyyətin şüurunun qorunub saxlanmasa da, genişləndirilməsində mühüm addımdır. Onun sözlərinə görə, çoxplanetli həyat bəşər övladının sağ qalmasına təhlükə yaradan şeylərə qarşı qoruyucu ola bilər. "Bir asteroid və ya böyük bir vulkan bizi məhv edə bilsə də, dinozavrların heç vaxt görmədiyi risklərlə də üzləşirik: virus, təsadüfən yaranan mikro qara dəlik, qlobal istiləşmə və ya bizi məhv edəcək hələ kəşf edilməmiş texnologiyalar var. İnsan nəsli milyonlarla ildir təkamüldədir, lakin son 60 ildə yaradılan atom silahları özümüzün nəslini tükətmək potensialını yaratdır. Gec-tez həyatımızı mavi-yaşıl topdan kənara çıxarmalı olacağıq, yoxsa məhv ola bilərik" fikri olan Elon Musk Yerdə yaşanacaq bu kimi təhlükələrdən xilas olmaq üçün kosmosda yaşamağa məlan axtarışı üçün çalışır.
Elon Musk kimdir?Maskın məqsədi insanlı kosmik uçuşların qiymətini onda birinə endirməkdir.

Elon Musk uzun müddətli yol getməyə əlverişli olması üçün yeddi il ərzində SpaceX Falcon buraxılış aparatları ailəsini və Dragon çoxməqsədli kosmik gəmisini sıfırdan dizayn edib.

Uzun hazırlıqlardan sonra-2009-cu ilin sentyabrında SpaceX-in Falcon 1 raketi Yerin orbitinə özəl olaraq maliyyələşdirilən peyk yerləşdirən ilk maye yanacaq daşıyıcısı oldu.

Bu hadisədən sonra, NASA Beynəlxalq Kosmik Stansiyaya yüklərin çatdırılması üçün özəl şirkətlərin ilk proqramının bir hissəsi olmaq üçün SpaceX-i seçir.

Minimum dəyəri 1,6 milyard dollar və maksimum dəyəri 3,1 milyard dollar olan bu müqavilə Kosmik Stansiyanın yüklərin qəbulu və daşınmasına davamlı çıxışının təməl daşıdır.

Bu xidmətlərə əlavə olaraq, SpaceX-in məqsədlərinə eyni vaxtda orbital kosmos uçuşlarının xərclərini azaltmaq və etibarlılığı on dəfə artırmaqla, tam təkrar istifadə edilə bilən ilk orbital daşıyıcı aparat yaratmaq daxildir.

Elon Muskun dediyinə görə, qarşıdakı illərdə Musk Beynəlxalq Kosmik Stansiyaya astronavtların göndərilməsinə diqqət yetirəcək, lakin o, son məqsədinin Marsın tədqiqi və məskunlaşmasına imkan yaratmaq olduğunu bildirib. 2011-ci ildə verdiyi müsahibədə o, 10-20 ildən sonra Marsa insan göndərəcəyinə ümid etdiyini demişdi.

25 may 2012-ci ildə SpaceX-in Dragon avtomobili Beynəlxalq Kosmik Stansiyaya daxil olması və bununla da Beynəlxalq Kosmik Stansiyaya nəqliyyat vasitəsi göndərən və yerləşdirən ilk kommersiya şirkəti kimi tarixə düşən Elon Muskın gələcəkdə insanların gedişini reallaşdıracağına da böyük əminlik yaradıb.

Maraqlı     Tarix: 21 oktyabr 2025

Oxşar xəbərlər

Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir

2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlamasından sonra ABŞ Rusiyanı qlobal maliyyə sistemindən təcrid etməyə çalışdı. Bunun nəticəsində bir çox ekspert dolların iqtisadi təzyiq alətinə çevrilməsinin dünya iqtisadiyyatını

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Bu vint raketlər və təyyarələr üçün vacibdir, amma bir ədədini almaq illər çəkə bilər

Tramp administrasiyası sursat istehsalını sürətlə artırmağa çalışdığı bir vaxtda bu ixtisaslaşdırılmış vintlər bahalı və son dərəcə qıt komponent olaraq qalır. Xarici görünüşcə bu detal köhnə əşyalar qutusunda yeri olan mexanizm

Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb

Apple-ın ilk qatlanan iPhone-nun ekran ölçüləri açıqlandı — Ən böyük iPhone ekranıdır. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun bəzi əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni iPhone qapalı vəziyyətdə 5,4 düymlük xaric

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır

ABŞ-nin texnologiya nəhəngi "Apple" şirkəti tarixində ilk dəfə sensor ekranla təchiz edilmiş "MacBook Pro" noutbukunu təqdim edib. Şirkət bununla uzun illər davam etdirdiyi sensor ekranlı noutbuklarda

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi


iqtisadi xeberler biznes xeberleri biznes ideyalari kripto bitkoin qiymeti