AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib.
Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, Münhen Texniki Universitetinin (TUM) vitse-prezidenti Dr. Alex Braun, "TUM" professoru və AZSET proqramının akademik rəhbəri Hussam Amrouch və digər qonaqlar iştirak ediblər.
Səmimi ünsiyyət şəraitində keçən görüş zamanı AZSET-in tələbələri yeni təhsil mərhələsinə başlamaları münasibətilə təbrik olunub, onlara uğurlar arzulanıb. Tələbələrlə proqramın tədris prosesi, akademik mühit və qarşıdakı mərhələlər barədə söhbət aparılıb.
Tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran sualları ünvanlayıblar. Söhbət zamanı müasir mühəndislik və texnologiya sahələrində təhsil, praktiki təcrübə və sənaye ilə əməkdaşlığın əhəmiyyəti barədə danışılıb.
Tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinin, yeni texnologiyaları yaxından öyrənməsinin və gələcək peşəkar inkişaflarına indidən hazırlaşmasının vacibliyi qeyd olunub.
AZSET haqqında
AZCON Mühəndislik və Texnologiya Məktəbi AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, "TUM International GmbH"nın akademik dəstəyi ilə 14 may 2026-cı il tarixində təsis edilib.
AZSET innovativ bakalavr proqramı ali təhsil və sənaye arasında əməkdaşlığın yeni mərhələsini formalaşdıraraq tələbələrin nəzəri biliklərini real iş təcrübəsi ilə birləşdirir. Beynəlxalq akademik standartlara əsaslanan bu model ölkənin gələcək texnoloji ehtiyaclarına cavab verən peşəkar kadrların hazırlanmasına xidmət edir.

/ marja.az

Maraqlı     Tarix: 17 sentyabr 2026

Oxşar xəbərlər

Biz azalacağıq: dünya demoqrafik tənəzzül dövrünə daxil olur

İqtisadçılar Xesus Fernandes-Vilyaverde və Patrik Norrik hesab edirlər ki, qlobal doğum səviyyəsi artıq əhalinin sadə təkrar istehsalı həddindən aşağı düşüb — bu isə BMT-nin proqnozlaşdırdığından bir neçə onillik əvvəl ba

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb

Koral Hart təxəllüsü ilə tanınan cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə kitablar yaratmağa başlayıb və son 20 ay ərzində 371 kitab nəşr etdirib. Bu barədə EWN məlumat yayıb. Hart 2026-cı ildə yeni üsulla yazılmı

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq

ABŞ-ın texnologiya nəhəngi Google-un süni intellekt tədqiqatları ilə məşğul olan "Google DeepMind" bölməsi mətn komandaları vasitəsilə real vaxt rejimində interaktiv virtual dünyalar yarada bilən yeni "Geni


iqtisadi xeberler birbank kicik biznes dollarin kursu bu gun rubl mezenne