Digital Card nədir?

Digital Card nədir?Digital Kart və ya rəqəmsal kart adlandırdığımız bu kartlar plastik kartlarla demək olar ki, eyni funksiyaları daşıyır.

Əksər banklar onlayn mühitlə ayaqlaşmaq üçün rəqamsal bankçılıqlarını inkişaf etdirir və uğurlu nəticələr də əldə edirlər.

Digital Kartlar da həmin layihələrdən biridir.

Plastik kartlardan fərqli olaraq Digital Kartlar fiziki olmurlar. Adlarından da göründüyü kimi Digital Kartlar digital formada olur.

Digital kartların sifarişi və təhvil alınması üçün banka getməyə də ehtiyac olmur.

Onlayn müraciətlə alınır və digital olduğu üçün də telefon vasitəsilə idarə olunur.

Belə ki, Digital Kart sifariş etmək üçün istədiyiniz Digital Kart funksiyası olan bankın mobil tətbiqini telefonunuza yükləyin.

Tətbiq yükləndikdən sonra tətbiqdəki "kartlar" hissəsinə keçid edib, bankın kartları ilə tanış ola bilərsiniz.

Həmin hissədə "Digital Card" sözünü seçib, sizdən tələb olunan məlumatlarınızı yerləşdirməlisiniz. Məlumatlarınızı təsdiq etdikdən sonra Digital Karta sahib olacaqsınız.
Digital Card nədir?Digital Kart sahibi olmaq istədiyiniz bankın müştərisi olmağınıza da ehtiyac yoxdur.

Digital Kartı əldə etmək üçün də heç bir ödəniş tələb olunmur və kartın müddəti 1 illik olur.

Digital Kartı istifadə etmək də plastik kartlardan elə də fərqli deyil. Digital Kartınızın 16 rəqəmli nömrəsi, pin kodu və 3 rəqəmli şifrəsi olacaq. Bu məlumatların hər birini mobil tədbiqdə görəcəksiniz.

Digital Kartın balansının artırılması isə 16 rəqəmli hesab nömrəsilə cart to cart və bankın cash in bankomatları ilə komissiyasız mümkündür.

Digital Kartların aylıq mədaxil miqdarı isə bankın qaydasına əsasən müəyyən olunur. Məsələn, Kapital Bankın Digital Kartında bank müştəriləri üçün balans illik 15 000 AZN, bank müştərisi olmayanlar üçün 1000 AZN-dir. Siz də həmin məbləğlər aralığında illik mədaxil edə bilərsiniz.

Digital Kartlardan bank müştərisi deyilsinizsə, məxaric mümkün olmur.

Bank müştərisi olduqda isə həmin bank hesabınıza Digital Kartdan köçürmə edə bilərsiniz.

Digital Kartların istifadə sahəsi də onlayndır. Siz onlayn ödənişlər etdiyiniz zaman istər kommunal, istər balans artırılması, istərsə də onlayn alış-verişdə Digital Kart istifadə edə bilərsiniz. Xarici saytlardan alış-veriş zamanı da Digital Kartlar heç bir problem yaratmır. Digital Kartları istifadə edəcəyiniz valyutaya görə AZN, USD, EUR məzənnələrində sifariş edə bilərsiniz.

Maliyyə     Tarix: 12 oktyabr 2025

Oxşar xəbərlər

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi


iqtisadi xeberler birbank depozit faizleri dollar manat kursu dollar mezenne