Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edirDövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərdə süni intellekt əsaslı layihələr həyata keçirilir.
Marja.az xəbər verir ki, bunu "Real TV" və "Azərtac"a müsahibəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müsahibəsində bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun sözlərinə görə, DVX hazırda rəqəmsal transformasiya mərhələsindədir və bu proses davamlı xarakter daşıyır.
Orxan Nəzərli qeyd edib ki, ötən il Dövlət Vergi Xidmətinin strukturunda ayrıca Data Analitikası Baş İdarəsi yaradılıb. Yeni qurumun əsas vəzifəsi yeni texnologiyaları araşdırmaq, innovativ həllər hazırlamaq və funksional idarələrlə birlikdə onların tətbiqini təmin etməkdir.
Süni intellekt sənəd dövriyyəsini sürətləndirir
DVX rəhbərinin sözlərinə görə, süni intellekt artıq gündəlik fəaliyyətin bir sıra istiqamətlərində tətbiq edilir.
Belə ki, vergi orqanına daxil olan məktub və müraciətlərin ilkin emalı süni intellekt tərəfindən aparılır. Sistem müraciətlərin məzmununu təhlil edərək onların aid olduğu istiqaməti müəyyənləşdirir və müfəttişlərə emal olunmuş məlumat təqdim edir.
Orxan Nəzərli bildirib ki, bu yanaşma qərarların qəbulunu sürətləndirir, əməkdaşların isə daha mürəkkəb analitik işlərə daha çox vaxt ayırmasına imkan yaradır.
Bundan əlavə, Dövlət Vergi Xidməti sifarişçisi olduğu proqram təminatının test mərhələlərinin də süni intellekt vasitəsilə daha operativ həyata keçirilməsi üzərində işləyir.
ƏDV geri al sistemində yeni mərhələ
Orxan Nəzərli bildirib ki, növbəti mərhələdə süni intellekt ƏDV geri al müraciətlərinin daha sürətli emalında da tətbiq ediləcək. Onun sözlərinə görə, ƏDV geri al layihəsi indiyədək vətəndaşlara təxminən 1 milyard manat vəsaitin geri qaytarılmasını təmin edib.
Yeni nəsil kassa aparatları dövriyyəni artırıb
DVX rəhbəri vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi ən uğurlu rəqəmsal layihələrdən biri yeni nəsil onlayn kassa aparatlarının tətbiqidir. Onun sözlərinə görə, bu islahat kölgədə qalan iri dövriyyələrin üzə çıxmasına və vergi daxilolmalarının artmasına mühüm töhfə verib.
Məhsullar istehsaldan istehlakçıya qədər izlənilir
Orxan Nəzərli bildirib ki, tətbiq olunan rəqəmsal izləmə sistemi aksizli və markalanmalı məhsulların istehsaldan və ya idxaldan son istehlakçıya qədər bütün hərəkət zəncirini izləməyə imkan verir.
Bu sistem vergi intizamının güclənməsinə və vergi daxilolmalarının artmasına xidmət edir.
Xarici elektron ticarət platformalarından 15 milyon manatdan çox vergi daxil olub
Dövlət Vergi Xidmətinin rəisi qeyd edib ki, ötən ildən etibarən Azərbaycanda elektron ticarət həyata keçirən qeyri-rezident şirkətlərin elektron qaydada vergi uçotuna alınması prosesi başlanıb.
Onun sözlərinə görə, hazırda 11 qeyri-rezident vergi ödəyicisi qeydiyyata alınıb və onların fəaliyyəti nəticəsində dövlət büdcəsinə 15 milyon manatdan çox vergi ödənilib.
Orxan Nəzərli əlavə edib ki, cari ildə bu göstəricinin daha da artacağı gözlənilir.

Maliyyə     Tarix: 05 avqust 2026

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı


iqtisadi xeberler dollar manat kursu pul qazanmaq bitcoin birbank