Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
®Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib.
Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbdə təşkil etdiyi tədbirdə 100-ə yaxın şagird iştirak edib. İki mərhələdən ibarət olan tədbirdə ilk olaraq məktəblilərə maliyyə savadlılığı mövzusunda təlim keçirilib.
Bankın KOB Bankçılıq departamentinin direktor müavini İsmayıl Məmmədov tərəfindən məktəblilərə pulun yaranma tarixi, ondan səmərəli istifadə yolları, gəlir və xərc planının qurulması, istək və ehtiyaclar arasındakı fərq, əsas maliyyə anlayışları, eləcə də nağdsız ödənişlər zamanı təhlükəsizlik qaydaları barədə məlumat verilib.
İkinci mərhələdə isə Şirvan şəhərinin 4 məktəbini təmsil edən ümumilikdə 25 şagird komandalar şəklində maliyyə savadlılığı mövzusundakı intellektual yarışda iştirak ediblər. Yarışın sonunda bank tərəfindən qaliblər, eləcə də bütün yarış iştirakçıları hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.
Tədbir çərçivəsində 10 nömrəli məktəbin kitabxanasına ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan Bank of Baku-nun Azərbaycan Banklar Assosiasiyası, AzFina və VISA ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi "Ömərin ödəniş kartı ilə tanışlığı" kitabça da hədiyyə edilib. Nəşrin məqsədi uşaqların ödəniş kartları və maliyyə anlayışları ilə erkən yaşlardan tanışlığına dəstək olmaqdır.
Qeyd edək ki, Bank of Baku maliyyə savadlılığı ilə əlaqədar uşaqlarla yanaşı, yaşlı insanlar, sahibkar qadınlar üçün də təlimlər həyata keçirib. Bank maliyyə savadlılığını sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku












PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Dropshipping nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyada ən çox oxunan 5 kitab
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes nədir və hansı növləri var?