"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 29 oktyabr 2026-cı il tarixində keçirilən mətbuat konfransında BOKT-ların kredit faizlərinin yüksək olması ilə bağlı sualı cavablandırarkən bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sədr qeyd edib ki, Mərkəzi Bank son üç ildə BOKT-ların, xüsusilə qısamüddətli gündəlik kreditlər üzrə fəaliyyətinə məhdudiyyətlər tətbiq edir. Bu tədbirlərin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısını almaqdır.
Taleh Kazımovun sözlərinə görə, cari ildə də gündəlik kreditləşmə ilə bağlı yeni sərtləşdirici tədbirlərin tətbiqi nəzərdə tutulur.
"Bu il də bu sahədə sərtləşmə gətirmək niyyətindəyik ki, faizlərə də təsir edək, faizlər daha məqbul", – deyə Mərkəzi Bankın sədri bildirib.
O xatırladıb ki, əvvəlki illərdə gündəlik kreditlər üzrə faizlər, komissiyalar və digər ödənişlər nəzərə alınmaqla kredit təşkilatının bir kreditdən əldə edə biləcəyi maksimum gəlirə məhdudiyyətlər müəyyən edilib.
Sədrin sözlərinə görə, həmin məhdudiyyətlər mərhələli şəkildə sərtləşdirilir və müəyyən edilmiş yuxarı hədd azaldılır.
"Keçən il və ondan əvvəlki ildə biz bir kreditdən maksimum nə qədər qazanmaq olar, komissiyaları, dəbbə pulunu və digər ödənişləri nəzərə alaraq müəyyən etmişdik. İndi hər il onu sərtləşdiririk, o tavanı azaldırıq", – deyə Taleh Kazımov vurğulayıb.
Mərkəzi Bankın sədri bildirib ki, tənzimləyici qurum gündəlik kreditləşmənin genişlənməsində maraqlı deyil və bu mövqe müvafiq kredit təşkilatlarının diqqətinə çatdırılıb.
"Biz həmin BOKT-lara demişik ki, bu kreditləşmə tipi bizim üçün maraqlı deyil. Çoxdan verilmiş lisenziyalar, icazələr var. Biz dərhal onları dayandırmaq istəmirik. Çünki bu, sözsüz ki, maliyyə institutunun biznes modelinə təsir edəcək. Amma mesajımız ondan ibarətdir ki, biz bu kreditləşmənin azalmasını gözləyirik", – deyə o qeyd edib.
Taleh Kazımov BOKT-ların banklarla müqayisədə daha yüksək faizlə kredit verməsinin səbəblərinə də aydınlıq gətirib.
Onun sözlərinə görə, BOKT-ların kreditləşmə modeli daha yüksək risklərlə müşayiət olunur. Bank kreditlərindən fərqli olaraq, BOKT-larda borcalanların gəlirlərinin təsdiqlənməsi və digər tələblər bəzi hallarda daha yumşaqdır.
Bu səbəbdən BOKT-lar üzərinə götürdükləri əlavə riskləri kompensasiya etmək üçün müştərilərdən daha yüksək faiz tələb edirlər.
Sədr bildirib ki, xüsusilə 45 günədək verilən, kiçik məbləğli və sadələşdirilmiş prosedurlarla rəsmiləşdirilən kreditlər üzrə faizlərin adi kreditlərlə müqayisədə yüksək olması beynəlxalq təcrübədə də müşahidə edilir.
Bununla belə, Mərkəzi Bank belə kreditlərin genişlənməsini məqsədəuyğun hesab etmir və məhdudiyyətləri mərhələli şəkildə artırmaq niyyətindədir.
Qeyd edək ki, mətbuat konfransında BOKT-ların cəlb etdikləri vəsaitlər üzrə illik faizlərin təxminən 15 faiz, müştərilərə təqdim etdikləri kreditlər üzrə isə 45–50 faiz və bəzi hallarda daha yüksək olması məsələsi qaldırılıb.

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
İKEA şirkətinin tarixi
Ən bahalı otellər hansılardır?
Françayzinq nədir və necə olur?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
SMM nə deməkdir?