Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib
®Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanması ətraf mühitin qorunmasının ən sadə və təsirli addımlarından biridir. Bu məqsədlə Yelo Bank-ın hər il təşkil etdiyi "Parlaq sahillər" aksiyasının növbəti ünvanı Hövsan qəsəbəsinin sahil zolağı olub.
Könüllülük əsasında təşkil olunan aksiyada onlarla Yelo əməkdaşı iştirak edib. Təmizlik zamanı sahildən 1 tona yaxın tullantı toplanıb. Yığılan tullantılar növlərinə görə çeşidlənib, təkrar emal prosesinə yönəldilmək üçün müvafiq təşkilata təhvil verilib.
"Parlaq sahillər" aksiyası əməkdaşlara iş mühitindən kənarda bir araya gəlmək və ictimai faydalı işə birgə töhfə vermək imkanı da yaradır. Yelo Bank bu təşəbbüsü gələcəkdə etdirməyi, yeni ərazilərə çıxmağı və ekoloji mövzuda layihələrin sayını artırmağı planlaşdırır.
Kredit pul almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!













"AccessBank"ın sədri: "Bank Respublika" ilə sövdələşmə tamamlanıb
Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib
Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb
Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib
Könüllü sığorta bazarı: sığorta haqları +12,6% artıb
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib
Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb
İcbari həyat sığortası: sığorta haqları 35%-ə yaxın azalıb
Qala Sığortanın yığımları 11 milyon manatdan çox azalıb
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Fond birjası nədir?
Biznes plan necə yazılır?
Birbank xidmətinə necə qoşulmaq olar?
İKEA şirkətinin tarixi