Rabitəbank partnyorları ilə görüş keçirib - FOTOLAR

Rabitəbank partnyorları ilə görüş keçirib - FOTOLARRabitəbank tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, effektiv kommunikasiya imkanlarının genişləndirilməsi və təqdim olunan bank məhsul və xidmətlərinin təkmilləşdirilməsi məqsədilə seçilmiş partnyorları ilə görüş keçirib.
Görüşün əsas məqsədi mövcud əməkdaşlığın nəticələrini dəyərləndirmək, tərəfdaşların Bankın məhsul və xidmətləri ilə bağlı təcrübələrini və gözləntilərini öyrənmək, eləcə də gələcək əməkdaşlıq perspektivlərini birgə müzakirə etmək olub.
İnteraktiv müzakirə formatında təşkil olunan görüş zamanı partnyorları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib. Eyni zamanda, xidmət keyfiyyətinin yüksəldilməsi, əməkdaşlıq proseslərinin daha da optimallaşdırılması və yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Müştəri və tərəfdaş məmnuniyyətini fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirən Rabitəbank tərəfdaşlarla açıq dialoqun və davamlı geribildirim mexanizminin qurulmasını biznes əlaqələrinin inkişafında mühüm amillərdən biri hesab edir. Bu yanaşma Banka tərəfdaşların ehtiyaclarını daha yaxından öyrənmək, onların gözləntilərinə uyğun həllər formalaşdırmaq və əməkdaşlığın səmərəliliyini artırmaq imkanı yaradır.
Rabitəbankın partnyor şəbəkəsinə qoşulmaq və əməkdaşlıq imkanlarından yararlanmaq üçün linkinə keçid edə bilərsiniz.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

/ marja.az

Banklar     Tarix: 22 oktyabr 2026

Oxşar xəbərlər

"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"

"Premium Bank" ASC-nin aktivləri 2026-cı ilin ilk doqquz ayında demək olar ki, dəyişməz qalaraq artım tempinə görə bank sektorunun ümumi göstəricisindən və müqayisə olunan rəqib banklardan xeyli geri qalıb. bankı

21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub

Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl

Azərbaycanda İslam bankçılığının tətbiqi üçün qanunvericilik dəyişir – Layihələr dövlət qurumlarına göndərilib

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqi istiqamətində yeni mərhələyə keçilir. Ölkənin maliyyə bazarında bu mexanizmlərin fəaliyyətinə hüquqi şərait yaradılması məqsədilə normativ hüquqi akt layihələri hazırlanara

PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb

Bakı Fond Birjasında (BFB) ticarət olunan "PAŞA Bank" ASC-nin səhmlərinin qiymətində oktyabr ayında yüksəliş müşahidə olunub. xəbər verir ki, 20 oktyabr 2026-cı il tarixinə olan açıq bazar məlumatına əsasən, bankı

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn "She"s Next"

ABB-dən "Uşaq yığım" əmanəti

Müştərilərin fərdi istəklərinə uyğun universal məhsul və xidmətlər hazırlayan ABB "Uşaq yığım" əmanətini təqdim edib. Bu, uşaqların gələcək təhsili, maliyyə təminatı və digər ehtiyacları ilə bağlı 36 ay müddətin

m10 ilə bank və kart hesablarınız artıq bir yerdə

Artıq kart və bank hesablarınızdakı məlumatları görmək üçün müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac yoxdur. Fərqli banklardakı hesablarınızı cəmi bir dəqiqəyə m10-a qoşun, balans və əməliyyat tarixçənizi bir tətbiqdə

2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Bir çox şirkətlərdə yeni 2027-ci il üçün büdcələmə perioduna girib və növbəti ilin xərclərinin planlaşdırılması dövrü başlayır. Bu mərhələ şirkətlər üçün yalnız maliyyə prioritetlərini müəyyənləşdirmək deyil, həm də əməkdaşla


iqtisadi xeberler dollar manat kursu dollar kursu biznes krediti internetden pul qazanmaq