Start-up nədir?

Start-up nədir?Start-up ingilis dilindən tərcümədə "başlamaq, işə salmaq" mənalarını verir. Biznes.az məlumat verir ki, start-up dedikdə mövcud olmayan hər hansı bir ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcud olan hər hansı bir ideyanın təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran və bəzən də həmin ideyanı ehtiyac halına gətirən inkişafa meylli təşəbbüslər başa düşülür.
Çox zaman Start-up dedikdə yalnız İT sahəsi ilə əlaqədar fəaliyyət başa düşülür. Lakin bu, belə deyil və startuplar yalnız iqtisadiyyatın İT sahəsinə deyil, bütün sahələrə aid ola bilər. Yəni istənilən sahədə yeni fikir istehsal etmək yolu ilə mövcüd olmayan nəyisə kəşf etmək və ya mövcüd olan hər hansı bir şeyi daha təkmil hala gətirməkdir. Ən böyük staruplara HP, Facebook, YouTube, İnstagram, Wikipedia və sairə misal göstərmək olar.
Müştəri inkişafı metodologiyasının yaradıcısı (ing. customer development), amerikalı təşəbbüskar Stephen Blank, startap anlayışını "miqyaslana bilən bir biznes modelinin araşdırılması zamanı yaranan müvəqqəti quruluş" olaraq təyin etdi. "İqtisadi startap" kitabının müəllifi və sahibkarlıqda iteraktiv yanaşmanın ideoloqu Eric Ries qeyd edir ki, startap yüksək qeyri-müəyyənlik şəraitində yeni bir məhsul və ya xidmət yaradan bir təşkilat adlandırıla bilər. Sahibkar, vençur kapitalist və esseist, Y Combinator akseleratorun qurucusu Paul Graham, sürətli böyüməyi startapların əsas xarakteristikası hesab edir (həftədə 4% −7%). PayPal-ın həmtəsisçisi, ilk "Facebook" investoru Peter Thiel da Paul Graham ilə həmfikirdir. Startap durğunluq vəziyyətinə düşsə, o zaman zombi şirkətinə çevrilir.

Start-up adi biznesdən nə ilə fərqlənir?

1. Start-up-a kiçik kapitalla da başlamaq olar: İlk fərq ondadır ki, biznes üçün müəyyən bir heyət olmalıdır. Start-up-lar isə kiçik bir heyətlə də başlaya bilər. Hətta, ola bilər ki, start-up-da tək bir adam olsun. Üstəlik, burada ofis də o qədər vacib deyil. Çünki planda hələ bir və ya bir neçə il gəlir götürmədən işləmək var. Bu, hər bir start-up-a başlamazdan əvvəl nəzərə alınmalıdır. Məhsul isə yaxşı olar ki, istifadəçilərin sayını artırmaq, həmçinin, gələcək bazarı yaratmaq üçün pulsuz olsun.
2. İnvestor, adətən, start-up-ın heyətində yer alır: Start-up üçün ilkin kapital, adətən, investorun özü tərəfindən maliyyələşdirilir. Belə ki, yeni yaradılan kiçik bizneslər kredit və digər mənbələr hesabına maliyyələşirsə, start-up-lar başlıca olaraq, investorlardan və ya sərmayə qoyan şirkətlərdən asılı olur. Çünki start-up-ların nə qədər uğur gətirəcəyini və ya nə qədər ziyanla işləyəcəyini əvvəlcədən hesablamaq çox çətindir.
Yaradılan start-upların uğurlu olmamasında və davam etdirilə bilməməsində aşağıdakı səbəbləri qeyd etmək olar:
İnvestisiya cəlb edə bilməmək. Məlumdur ki, startuplar, əsasən investisya cəlb etmək yolu ilə reallaşır. İnvestisiyanın cəlb edilməsi üçün isə ideyanın kreativ olması şərtdir.
Əksər vaxt startuplar bir neçə şəxs tərəfindən birgə yaradılır. Uğurlu olduğu zaman isə founder və co-founder problemi ortaya çıxır. Bu, əksər vaxt narazılıqlara və uğursuzluğa gətirib çıxarır.
Biznes.az məlumat verir ki, ilkin mərhələlərdə start-upların özünü təsdiq etməsi və gəlir əldə etməsi xeyli zaman tələb edə bilir. Ona görə də, bu zaman kəsiyində mövcüd problemlərdən dolayı da davam etdirilməyə bilir.
Start-up nədir?

Biznes     Tarix: 08 noyabr 2025

Oxşar xəbərlər

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR

"Azər Pak" MMC (VÖEN: 310013691) nizamnamə kapitalını azaldır. Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalının 8 milyo

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo


iqtisadi xeberler emlak xeberleri en son xeberler dollar mezenne rubl mezenne