SWIFT nədir?

SWIFT nədir?SWIFT - məlumat mübadiləsini aparan və ödənişləri həyata keçirən eyniadlı banklararası sistemə nəzarət edən beynəlxalq təşkilatdır. Biznes.az məlumat verir ki, dünyada bir neçə beynəlxalq banklararası sistem mövcuddur, SWIFT isə onlardan ən geniş yayılmışıdır. O, fərqli ölkələrdən olan təşkilatların ödənişlərini bir-birinə sürətli, etibarlı və nisbətdən aşağı komissiya ilə köçürməyə imkan verir.
SWIFT – "Society for Worldwide Interbank Financial Telecommunication" (dünya miqyasında banklararası maliyyə kommunikasiyaları icması) kimi açılışı olan abreviaturadır.
SWIFT internetdə eyni prinsiplə işləyən xüsusi SWIFTNet şəbəkəsi vasitəsilə pul köçürmələri, ödənişlər və qiymətli kağızların mübadiləsi haqqında məlumatların ötürülməsi üçün ən sürətli və təhlükəsiz kanaldır. "Visa" və ya "Mastercard" kimi ödəniş sistemlərindən fərqli olaraq, SWIFT yalnız banklararası səviyyədə istifadə olunur.
"SWIFT" 1973-cü ildən mövcuddur. Onun vasitəsilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib. "SWIFT" – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədən 9700-dən çox bank təşkilatı aiddir. Bu təşkilat maliyyə sistemini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal "SWIFT" şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın "SWIFT" şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.
Bir gün ərzində "SWIFT" vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir. "SWIFT" demək olar ki, bütün qaydalarında beynəlxalq ISO standartlarından istifadə edir. Bu səbəbdən bəzi inkişaf etmiş ölkələr "SWIFT" standartları əsasında öz milli köçürmə sistemləri standartlarını yaradıblar. Buna misal, İngiltərə (CHAPS), Fransa (SAGITTAIRE), İsveçrə (SIC) göstərmək olar. Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında əl dəyişir. Bir ildə "SWIFT" ilə 5 milyard informasiya mübadiləsi aparılır. Sovet İttifaqında "SWIFT" sistemi 1989-cu ilə fəaliyyət göstərməyə başlayıb.
SWIFT ilə işləmək maliyyə təşkilatlarına aşağıdakı üstünlüklər verir:
Məlumatların ötürülməsinin təhlükəsizliyi və məxfilik;
Əməliyyatlara sərf edilən xərclərin azaldılması. Əməliyyatların həcmi artdıqca, xərclər azalır;
Dünyanın istənilən nöqtəsinə məlumatın tez bir zamanda çatdırılması. Bir çox ünvana göndərilən məlumatların çatdırılması adətən, 15-20 dəqiqəyə, əlavə ödəniş olunarsa, o zaman 1-5 dəqiqəyə kimi baş verir;
Bütün ödəniş sənədlərinin sistemə standartlaşdırılmış eyni formada daxil olması. Biznes.az məlumat verir ki, SWIFT istifadəçilərinə tam maliyyə təminatı verir. Yəni əgər bu sistemin nasazlığı səbəbindən hansısa məlumat göndərilən ünvana sutka ərzində çatmasa, o zaman SWIFT bu gecikmə üzündən sifarişçiyə dəymiş birbaşa və dolayı zərəri tam olaraq öz üzərinə götürür.
SWIFT nədir?

Banklar     Tarix: 26 sentyabr 2025

Oxşar xəbərlər

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni


iqtisadi xeberler bitcoin qiymeti valyuta kurslari birbank valyuta mezennesi