ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır
(®) "SME Banking Agency" təşkilatının təşəbbüsü ilə Vyanada Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal Bankçılıq Forumu (Global SME Banking Forum) keçirilib.
Forumda ABB də təmsil olunub. Bankın son illərdə ölkəmizdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında iştirakçılara məlumat verilib.
ABB-nin rəqəmsal maliyyələşmə məhsulları olan, tam rəqəmsal "Ani kredit", "Ticarət zəncirinin maliyyələşdirilməsi", "Təcili qarantiya" məhsulları təqdim edilib. Forumun "TOP20 SME Banks Award Ceremony" hissəsində regionlar üzrə maliyyə qurumlarının qiymətləndirilməsi aparılıb. ABB kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində Mərkəzi Asiyanın 20 ən yaxşı bankından biri və ölkə üzrə ən yaxşı rəqəmsal maliyyə alətləri təqdim edən bank seçilib.
Forumda ABB-yə "Biznes bankçılıq" (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı ənənəvi maliyyə xidmətləri göstərən bank), "Rəqəmsal bankçılıq" (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı rəqəmsal maliyyə xidmətləri göstərən bank), "Rəqəmsal biznes maliyyələşdirməsi" (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı rəqəmsal kreditlər təklif edən bank) və "Beyond bankinq" nominasiyaları üzrə 4 mükafat da təqdim olunub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv