Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladıAzərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov oktyabrın 29-da pul siyasəti qərarına dair mətbuat konfransında aylıq 20 min manat və gündəlik beş mədaxil üzrə limitlərin tətbiqini şərh edib. Onun sözlərinə görə, əlavə ehtiyacı olan müştərilərin müraciəti qiymətləndirilərək limitlər artırıla bilər. Eyni yanaşma bir kart məhsulu üzrə əlavə kartın verilməsinə də aiddir.
Kazımov məhdudiyyətləri kartlar üzərindən aparılan əməliyyatların böyük həcmi və onlardan qanunsuz məqsədlərlə istifadə riskləri ilə əlaqələndirib. Onun açıqladığı rəqəmlərə görə, 2026-cı ilin yanvar–sentyabrında kartdan-karta köçürmələrin həcmi 48 milyard manat olub. 2025-ci ilin bütöv dövründə isə bu göstərici 66 milyard manat təşkil edib.
AMB sədri bildirib ki, bəzi hallarda yaşlı şəxslərin, o cümlədən pensiyaçıların adına ödəniş müqabilində kartlar açdırılır və həmin kartlardan qanunsuz fəaliyyətlərdə istifadə olunur. Eyni kart məhsulu üzrə bir neçə kart əldə etməklə dövriyyənin onların arasında bölüşdürülməsi hallarına da rast gəlinir. Kazımov tələblərin vergidən yayınma və digər qanunsuz fəaliyyət risklərinin qarşısının alınmasına yönəldiyini deyib.
Onun sözlərinə görə, limitlərdən sonra əməliyyatların nağd dövriyyəyə keçməsi barədə narahatlıqlar müşahidələrlə təsdiqlənmir. AMB sədri sentyabrda nağdlaşdırmanın həcminin avqustla müqayisədə azaldığını bildirib.
Ödəniş alətlərinə mədaxil üzrə vahid baza limitlərin tətbiqinə avqustun 1-dən başlanılıb. Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatına görə, bu yanaşma bankların və elektron pul təşkilatlarının Azərbaycan Fintex Assosiasiyası ilə birgə razılaşması əsasında formalaşdırılıb. Müştərinin risk səviyyəsi nəzərə alınmaqla fərqli limitlər və istisnalar müəyyənləşdirilə bilər.
Gündəlik beş əməliyyat həddi karta və ya elektron cüzdana vəsaitin qəbulunu əhatə edir. Bankomat və özünəxidmət terminallarından nağd pulun mədaxili də bu saya daxildir. Sözügedən yanaşma vəsaitin kartdan göndərilməsinə ayrıca məhdudiyyət qoymur. Müştərinin öz kartları arasında köçürmələri və yaxın qohumlarının kartlarından daxilolmalar limitlərdən istisna edilə bilər.
Kartların sayı üzrə baza yanaşması isə hər bankın hər bir kart məhsulu üçün ayrıca tətbiq olunur: müştəriyə manatla bir, hər bir xarici valyutada da ayrıca bir kart verilməsi nəzərdə tutulur. Müştəri həmin bankın müxtəlif kart məhsullarını, eləcə də digər bankların kartlarını əldə edə bilər.
Əməkhaqqı, pensiya və digər sosial ödəniş kartları, sahibkarlıq və depozit hesablarına bağlı kartlar say məhdudiyyətindən istisnadır. Virtual kartlar aid olduqları məhsulun tərkibində qiymətləndirilir. Əvvəldən verilmiş kartların avtomatik bağlanması nəzərdə tutulmur; onlardan etibarlılıq müddəti başa çatanadək və ya müştəri kartı bağlayanadək istifadə mümkündür. Əlavə kart üçün müraciətə bank fərdi qaydada baxır.
Elektron pul hesabları üzrə baza sayı manatla iki, hər bir xarici valyutada isə bir hesabdır. İstifadə məqsədi əsaslandırıldıqda və əməliyyatlar müştəri barədə mövcud məlumatlara uyğun olduqda hesabların sayı artırıla bilər.
Elektron köçürmələrlə bağlı ayrıca yenilik Maliyyə Monitorinqi Xidmətinin hesabatlılıq qaydalarına aiddir. Xidmətin sentyabrın 25-də qəbul etdiyi qərara əsasən, bir elektron köçürmə 20 min manat və ya daha çox olduqda maliyyə institutu əməliyyat barədə məlumat təqdim etməlidir. Fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxsin aylıq elektron köçürmələri ümumilikdə 50 min manatı keçdikdən sonra həmin ay apardığı hər növbəti köçürmə də hesabatlandırılacaq.
Yeni mexanizmin tətbiqi oktyabrın 1-dən 2027-ci il yanvarın 1-nə keçirilib. Bu qərar bankların və digər maliyyə institutlarının məlumat təqdim etmək öhdəliyini müəyyənləşdirir.

Banklar     Tarix: 29 oktyabr 2026

Oxşar xəbərlər

Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib

"Aqrar Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 20 milyon 480 min manat sığorta haqqı toplayıb. xəbər verir ki, şirkətin 2025-ci ilin eyni dövründəki sığorta yığımları 15 milyon 747 min manat təşkil etmişdi

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İcbari həyat sığortası: sığorta haqları 35%-ə yaxın azalıb

Azərbaycanda i̇cbari həyat sığortası üzrə 2026-cı ilin yanvar–sentyabr aylarında 46 milyon 731 min manat sığorta haqqı toplanıb. Azərbaycan Mərkəzi Bankının statistikası əsasında xəbər verir ki, 2025-ci ilin eyni dövründ

"Bank BTB"nin hüquqi varisi kreditorlarına müraciət edib

"Bank BTB" ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi nəticəsində yaradılmış "T-Kredit" MMC ləğv olunduğunu elan edib. xəbər verir ki, təşkilat bununla bağlı kreditorlarına müraciət ünvanlayıb

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb

Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO - könüllü avtomobil sığortası) sığortası üzrə 2026-cı ilin yanvar–sentyabr aylarında 54 milyon 210 min manat sığorta haqqı toplanıb. Azərbaycan Mərkəzi Bankının statistikas

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler valyuta xeberleri rubl mezenne avtomobil xeberleri en son xeberler