"Bank BTB"nin hüquqi varisi kreditorlarına müraciət edib

"Bank BTB" ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi nəticəsində yaradılmış "T-Kredit" MMC ləğv olunduğunu elan edib.
Marja.az xəbər verir ki, təşkilat bununla bağlı kreditorlarına müraciət ünvanlayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elana əsasən, "T-Kredit" MMC-nin kreditorları iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, ev 9 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli qərarı ilə "T-Kredit" BOKT MMC-yə verilmiş BKT-51 nömrəli lisenziya təşkilatın öz müraciəti əsasında ləğv edilib.
Bu barədə Mərkəzi Bank oktyabrın 1-də məlumat yayıb. Qanunvericiliyə əsasən, BOKT lisenziyasının ləğvi barədə qərar qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən edilmiş qaydada ləğv edilir. 
"Bank BTB"nin bazasında yaradılmışdı
Xatırladaq ki, "T-Kredit" BOKT 2026-cı ilin iyulunda "Bank BTB"nin yenidən təşkili nəticəsində yaradılıb. Mərkəzi Bankın İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli qərarı ilə "Bank BTB"nin bank lisenziyası ləğv edilmiş, onun hüquqi varisi olan "T-Kredit" BOKT-a kredit təşkilatı kimi fəaliyyət göstərmək üçün lisenziya verilmişdi.
Yenidən təşkil prosesi çərçivəsində "Bank BTB"nin aktivləri və öhdəlikləri Azərbaycan Beynəlxalq Bankına (ABB) ötürülmüşdü. Bankın əmanətçilərinin vəsaitləri və kredit portfeli də müvafiq müqavilə əsasında ABB-yə transfer edilmişdi. 
Beləliklə, "Bank BTB"nin BOKT-a çevrilməsi nəticəsində yaradılan "T-Kredit"in lisenziyası verilməsindən təxminən iki ay sonra ləğv olunub və hazırda təşkilatın hüquqi şəxs kimi ləğvi prosesi həyata keçirilir.

Banklar     Tarix: 23 oktyabr 2026

Oxşar xəbərlər

ABB-dən "Uşaq yığım" əmanəti

Müştərilərin fərdi istəklərinə uyğun universal məhsul və xidmətlər hazırlayan ABB "Uşaq yığım" əmanətini təqdim edib. Bu, uşaqların gələcək təhsili, maliyyə təminatı və digər ehtiyacları ilə bağlı 36 ay müddətin

Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib

Azərbaycanda güzəştli kreditlərin, zəmanət və faiz subsidiyalarının verilməsi üzrə elektron prosedurları tənzimləyən "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi yeni redaksiyada təsdiqlənib. xəbə

"AllAllFinance"ın xalis mənfəəti 14% artıb

"AllAllFinance" ASC 2026-cı ilin birinci yarısını 3 milyon 218,5 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 395,4 min manat və ya 14% çoxdur. xəbər verir ki, bu, şirkətin açıqladığ

21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub

Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl

"Səhər 9-da sağlam, saat 2-də isə xəstə

"Səhər 9-da sağlam, saat 2-də isə xəstə". Bu sözləri Azərbaycandakı Britaniya-Azərbaycan Ticarət Palatası (BCCA) İcraçı Direktoru Zibər Hüseynova yayımlanan müsahibəsində bildirib. O üzləşdiyi sarkoma diaqnozu

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu

Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib. Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhli

Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrini

Xalq Bank 1,6 milyard dollarlıq beynəlxalq maliyyələşmə layihəsində iştirak edib

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək SOCAR-ın törəmə şirkəti olan SOCAR Türkiyənin xeyrinə təşkil olunmuş 1,6 milyard ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit layihəsində iştira

Rabitəbank partnyorları ilə görüş keçirib - FOTOLAR

Rabitəbank tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, effektiv kommunikasiya imkanlarının genişləndirilməsi və təqdim olunan bank məhsul və xidmətlərinin təkmilləşdirilməsi məqsədil


iqtisadi xeberler pul qazanmaq investisiya dollar məzənnəsi valyuta mezennesi