Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb
Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib.
Marja.az Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarında sığorta şirkətləri 1 milyard 248 milyon 485 min manat sığorta haqqı toplayıblar. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 91 milyon 231 min manat və ya 7,9% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 198 milyon 826 min manat və ya 29,1% artaraq 882 milyon 723 min manata çatıb.
Beləliklə, sığorta ödənişlərinin artım tempi yığımların artım tempindən təxminən 3,7 dəfə yüksək olub.
2025-ci ilin ilk doqquz ayında toplanmış hər 100 manat sığorta haqqına 59,1 manat ödəniş düşdüyü halda, 2026-cı ilin eyni dövründə bu göstərici 70,7 manata yüksəlib.
Sığorta haqları ilə ödənişlər arasındakı fərq isə 473,4 milyon manatdan 365,8 milyon manata düşüb.
Bu fərq sığorta şirkətlərinin mənfəəti hesab edilmir. Sığorta fəaliyyətinin yekun maliyyə nəticələri investisiya gəlirləri, əməliyyat xərcləri, ehtiyatlar və təkrarsığorta əməliyyatlarından da asılıdır.

"AccessBank"ın sədri: "Bank Respublika" ilə sövdələşmə tamamlanıb
Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb
Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib
Könüllü sığorta bazarı: sığorta haqları +12,6% artıb
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib
Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb
Qala Sığortanın yığımları 11 milyon manatdan çox azalıb
"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək
Kriptovalyuta nədir?
İnstaqramda biznes qurmağın yolları
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
İlon Mask kimdir?