İnstaqramda biznes qurmağın yolları

İnstaqramda biznes qurmağın yollarıMilyonlarla izləyicisi olan "Instagram" ən dinamik sosial media kanallarından biridir. Biznes.az melumat verir ki, həm əyləncəli, həm də pul qazandıran saytlardan biri olan İnstaqram bu gün bir çox insanın yerini aldığı mühitlərdən biridir. Bir çox insan Instagramdan pul qazanmaq üçün müxtəlif imkanları qiymətləndirə bilər. Bu sosial media platformasında yer almaqla yüksək standartlarda gəlir əldə edə bilərsiniz. Demək olar ki, bütün yaş qruplarına xitab edən bu platforma ilk dövrlərdə yalnız fotoşəkillərin paylaşıldığı bir mühit idi. Daha sonra video paylaşmanın başlaması ilə daha da zəngin bir mühitə çevrildi.

İnstagramda biznes qurmaq üçün səbəblər

İnstagramda biznes qurmaq üçün səbəbləri bilmək istəyirsiniz? Elədirsə, məqaləni oxumağa davam edin.
1) İnstaqram istifadəçilərinin kifayət qədər çox olması hədəf auditoriyanızı əlçatan edir.
2) İnsanların 70%-dən çoxu yeni məhsulları İnstaqram vasitəsilə kəşf edir.
3) İnstaqram 60%-dən çox satın alma nüfüzuna sahibdir. Bu da daha çox potensial müştəriyə çatmaq deməkdir.
4) Reklam və tanıtım xərcləri daha sərfəlidir.
5) İnstaqram vasitəsilə təkcə yaşadığınız ölkədə deyil, çox uzaqdakı hədəf kütlənizə də rahatlıqla çata bilərsiniz.

Sosial şəbəkə vasitəsi ilə siz müxtəlif yollardan istifadə edərək qazanc əldə edə bilərsiniz. İnstaqram sosial şəbəkəsində bu yollardan ən geniş yayılmışı öz hesabınızda reklam postlarının yerləşdirilməsi yoludur. Bu şəbəkədə reklamın effektivliyini artırmaq üçün aşağıdakı tövsiyyələri mütləq şəkildə nəzərə almalısınız:
SMM-in əsaslarını öyrənin. Buna nail olmaq üçün müxtəlif onlayn-kurslardan və ya təcrübəli marketoloqların təcrübələrindən istifadə edə bilərsiniz
Oxucuların sayını süni artırmağa çalışmayın. Bu manipulyasiya sizə heç bir fayda verməyəcək! Birincisi, aktiv olmayan auditoriya sizə heç nə verməyəcək. İkincisi isə süni şəkildə artırılmış oxucular dərhal nəzərə çarpır və potensial investorların sizinlə əməkdaşlıq etməsinə maneə ola bilər.
Keyfiyyətli kontent üzərində çalışın. Kontent – faydalı və maraqlı postlar, yaxşı vizual tərtibat və cəlbedici konsepsiyadır.
Gözləməyə hazır olun. İnstagram daim inkişaf edən sosial şəbəkədir və burada rəqabət gündən-günə artır. Bu səbəbdən bu platformada biznesin qurulması o qədər də asan olmayacaq və müyyən zaman alacaq.
İnstaqramda biznes qurmağın yolları

Necə pul qazanmaq olar?

İnstaqramdan necə pul qazanmaq sualı bu gün bir çox sosial media istifadəçisinin maraqlandığı mövzudur. Bununla bağlı peşəkar sosial media idarəçiliyi xidməti əldə edə bilərsiniz və ya lazımi işləri özünüz edə bilərsiniz. Instagram çox geniş bir kanal olduğundan, bu platformaya daxil olandan əvvəl müəyyən kriteriyaları nəzərə almalısınız. Satış edərək pul qazanmaq istəyirsinizsə, bu addımları izləyə bilərsiniz:

Satacağınız məhsula qərar verin

Instagramda məhsul satmaq pul qazanmağın ən çox seçilən yollarından biridir. Bu prosesdə hansı məhsulu satacağınız qazancınıza birbaşa təsir edən məsələlər arasındadır. Satmaq istədiyiniz məhsul öz istehsal etdiyiniz bəzək və ya geyim məhsulu ola bilər. Siz həmçinin virtual mağazalardan məhsul sata bilərsiniz. Həmçinin məşhur brendlərin bir çox müxtəlif növ məhsullarını sata bilərsiniz.

Instagramda nə satırlar?

Əmtəə: qida məhsulları, paltar və ayaqqabı, güllər, əl işləri, aksessuarlar, dekor və qab-qacaq əşyaları, kosmetika və s.
Xidmət: dizaynerlər, rəssamlar, psixoloqlar, biznes-məşqçilər, gözəllik salonları, idman kompleksləri, uşaq baxçaları və s.
Hazırda demək olar ki, istənilən əmtəə və ya xidməti satmaq mümkündür. Burada ən əsas məqam bunu düzgün satmaqdır. Əgər hər hansı hobbiniz varsa, öz əl işlərinizi satışa qoyub gəlir əldə edə bilərsiniz. Əgər məhdud sahə üzrə ixtisaslaşmış mütəxəssissinizsə, öz təcrübənizi digər insanlarla bölüşmək üçün hesab aça bilərsiniz. İnsanlar təmənnasız informasiyalara böyük maraq göstərirlər. Biznes.az melumat verir ki, bu yolla siz yeni izləyicilər cəlb edə bilərsiniz. Hesabınızı inkişaf elətdirməyə başlamazdan öncə, oxucunuzu təsəvvür edin: onun neçə yaşı var, o nəyə maraq göstərir, onun gəlir səviyyəsi necədir, hansı şəhərdə yaşayır, nə ilə məşğuldur? Öz oxucularınız haqda təsəvvürünüz olsa, işiniz asanlaşacaq.
İnstaqramda biznes qurmağın yolları

Biznes     Tarix: 31 oktyabr 2025

Oxşar xəbərlər

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI

Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan "Novruzlu AF" MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə "etibarsız təchizatçı"lar siyahısına əlavə edilib. Müştərilərə məhsulu üzərindək

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy


iqtisadi xeberler valyuta kurslari 1000 manatla biznes bitkoin avtomobil xeberleri