NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib.
FED.AZ xəbər verir ki, turnirdə Holdinqin tərkibindəki şirkətləri, "YAŞAT" Fondunu, digər şirkət və təşkilatları təmsil edən əməkdaşlardan, eləcə də fərdi iştirakçılardan ibarət 32 komandada 200-dək şəxs iştirak edib.
Turnirin əsas məqsədi şəhid ailələrinin üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək göstərilməsi üçün "YAŞAT" Fonduna ianələrin cəlb edilməsi olub. Turnirdə komandalarla təmsil olunan şirkətlər tərəfindən Fonda ümumilikdə 150 min manat məbləğində ianə edilib.
Komandalar 48 sualı cavablandıraraq biliklərini, düşünmə və komanda şəklində işləmə bacarıqlarını nümayiş etdiriblər. Sualların hazırlanması, cavabların yoxlanılması və yarışın idarə olunması bu məqsədlə cəlb edilmiş təcrübəli mütəxəssislər və münsiflər heyəti tərəfindən həyata keçirilib. Qalib komandalar medal və sertifikatlarla, birinci yeri tutan komanda isə "YAŞAT Kuboku" ilə təltif edilib.
NEQSOL Holding "YAŞAT" Fondu ilə uzunmüddətli əməkdaşlıq edir. 2021-ci ildən etibarən Holdinqin qərarı ilə onun tərkibindəki Azerconnect Group, Bakcell, Norm, Nobel Energy və digər şirkətlər tərəfindən Fonda ümumilikdə 4 milyon manat vəsait ayrılıb.
Əməkdaşlıq çərçivəsində səhiyyə, təhsil, məişət şəraitinin yaxşılaşdırılması və borc öhdəliklərinin ödənilməsi istiqamətlərində, eləcə də "Məktəbli ləvazimatları", "YAŞAT" Yay Düşərgəsi, Almaniya və Böyük Britaniyada yay məktəbləri, "Hədiyyə Karvanı" və "Zərif Görüş" kimi layihələrə dəstək göstərilib.
Ümumilikdə, bu əməkdaşlıq çərçivəsində 5 000-dən çox şəxsə dəstək göstərilib və onların bir çoxu bu dəstəkdən bir neçə dəfə faydalanıb. 2025-ci ildə 2 000-dən çox, 2026-cı ildə isə 2 500-dək şəxsə dəstək göstərilib.
NEQSOL Holding-in "YAŞAT" Fondu ilə uzunmüddətli əməkdaşlığı və həyata keçirilən sosial layihələr 3I – Initiativs Impact Index layihəsi çərçivəsində ən yüksək dərəcəyə layiq görülüb.
Belə ki, 2026-cı ilin iyun-avqust aylarında SIAR Research and Consulting Group özünün korporativ sosial məsuliyyət (KSM) layihəsi olan 3I – Initiativs Impact Index çərçivəsində Azərbaycanda dərc olunmuş 132 KSM təşəbbüsünü qiymətləndirib. "YAŞAT" Fondu ilə NEQSOL Holding-in uzunmüddətli əməkdaşlığı mövsüm ərzində qiymətləndirilən 132 təşəbbüs arasında ən yüksək "Flagship" reytinqinə layiq görülən yeganə təşəbbüs olub.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Biznes     Tarix: 08 noyabr 2026

Oxşar xəbərlər

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

ATİB nümayəndə heyəti "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasim


iqtisadi xeberler kicik biznes biznes qurmaq bu gunun xeberleri valyuta xeberleri