Leobank "Felis 2026"da qızıl mükafat qazanıb
Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Service and B2B) kateqoriyası üzrə qızıl mükafata layiq görülüb.
Felis Mükafatları reklam və marketinq sahəsində effektivliyi, yaradıcılığı və diqqətçəkən ideyaları ilə seçilən layihələri qiymətləndirən nüfuzlu mükafat proqramıdır. Mükafat noyabrın 4-də İstanbulda "Brand Week Istanbul" çərçivəsində keçirilən mərasimdə təqdim olunub.
Qızıl mükafat qazanan reklam çarxında "Leobank"ın kartlar ailəsi — Biznes kartı, Qara kart, Prime kart və Uşaq kartı təqdim olunur. "Leo Pride" konsepsiyasına uyğun olaraq, çarxda şir ailəsinin hər bir üzvü gündəlik həyatının müxtəlif məqamlarında öz ehtiyaclarına uyğun Leobank kartından istifadə edir. Video həm kartların üstünlüklərini, həm də Leobank mobil tətbiqinin rahatlığını dinamik və yaradıcı formada əks etdirir.
Bu mükafat Leobankın məhsul və xidmətlərini fərqli və yaradıcı kommunikasiya ilə təqdim etmək istiqamətində gördüyü işlərin növbəti uğurlu nəticəsidir.
/ marja.az

ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı
Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib
Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
"Bank Respublika" mühüm təyinat baş tutub
Yatırım olmadan necə biznes qurmaq olar?
ZARA-nın uğur hekayəsi
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Birbank xidmətinə necə qoşulmaq olar?