PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub
®PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar, təlimçilər, bankın rəhbər heyəti və dəvətli qonaqlar bir araya gəliblər.
Bu il proqrama 12 mindən çox müraciət daxil olub. Çoxmərhələli seçim prosesindən uğurla keçən 60 gənc iyul–oktyabr ayları ərzində PAŞA Bankın müxtəlif struktur bölmələrində ödənişli təcrübə keçərək bank sektorunda praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanıb.
Dörd ay davam edən proqram çərçivəsində iştirakçılar bankın 27 funksional istiqaməti üzrə gündəlik iş proseslərinə və müxtəlif layihələrə cəlb olunublar. Onların peşəkar inkişafına 55 mentor və 14 təlimçi dəstək göstərib. Bununla yanaşı, təcrübəçilər üçün ümumilikdə 24 saatı əhatə edən 12 təlim təşkil olunub.
Proqram gənclərə nəzəri biliklərini real iş mühitində tətbiq etmək, komanda ilə işləmək, bankın korporativ mədəniyyətini yaxından tanımaq və gələcək karyeraları üçün mühüm təcrübə qazanmaq imkanı yaradıb.
Proqramın nəticəsi olaraq 23 iştirakçı üçün PAŞA Bankda əməkdaşlıq imkanları formalaşıb. Digər perspektivli iştirakçılar isə gələcək iş imkanları üçün bankın namizəd bazasına daxil ediliblər.
Bağlanış mərasimində proqramın nəticələri iştirakçılarla bölüşülüb, təcrübəçilərə sertifikatlar təqdim olunub, onların inkişafına töhfə verən mentor və təlimçilərə təşəkkür bildirilib.

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi
Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib
Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib
Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR
Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı
ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı
Unibank ağacəkmə kampaniyasında iştirak edib
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib
Ən bahalı otellər hansılardır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
"iPhone 15" modelinin üstünlükləri