Unibank ağacəkmə kampaniyasında iştirak edib
®Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkənin bank sektorunun nümayəndələri tərəfindən ümumilikdə 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.
Memorandum çərçivəsində 10 il ərzində ümumilikdə 1 milyon ağacın əkilməsi nəzərdə tutulur. Təşəbbüsün əsas məqsədi ölkədə yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin qorunmasına uzunmüddətli töhfə verməkdir.
Unibank ekoloji dayanıqlığın dəstəklənməsini sosial məsuliyyət fəaliyyətinin vacib istiqamətlərindən biri hesab edir. Bank ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin artırılmasına xidmət edən təşəbbüslərə dəstəyini bundan sonra da davam etdirməyi planlaşdırır.
Unibank – Sənin Bankın!




Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır
Expressbank Bərdədə 300 ağac əkib
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İban nədir?
Ev şəraitində pul qazanmağın yolları
"iPhone 15" modelinin üstünlükləri
IBAN nədir?