Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir.
Avqust ayında 3 596 ədəd olan bankomatların sayı sentyabrda 6 ədəd azalaraq 3 590 ədədə enib. Ötən ilin eyni dövrü ilə (2025-ci ilin sentyabrında 3 496 ədəd) müqayisədə isə bankomatların sayı 94 ədəd artıb.
Avqust ayındakı 141 696 ədəd POS-terminalın sayı sentyabr ayında 6 492 ədəd azalaraq 135 204 ədədə düşüb. Ötən ilin sentyabr ayı (161 915 ədəd) ilə müqayisədə isə POS-terminalların sayında 26 711 ədədlik ciddi azalma müşahidə olunub.
Bankomatlardan 1 931 ədədi Bakı şəhərində, 1 659 ədədi isə regionlarda yerləşir. Həmin dövrdə ölkədə fəaliyyət göstərən POS-terminallardan 86 242 ədədi Bakı şəhərinin, 48 962 ədədi isə regionların payına düşür.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta nədir?
Swift nədir?
Bitcoin necə işləyir?
Dünyanın ən varlı 10 müğənnisi