"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib.
Marja.az xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümumi yığıncağında verilib.
Şirkətin açıqlamasına əsasən, səhmdarlar daşınmaz əmlakın alınması məqsədilə xüsusi əhəmiyyətli əqdin bağlanmasını təsdiqləyiblər.
Alınması nəzərdə tutulan daşınmaz əmlakın yerləşdiyi ünvan, ümumi sahəsi, təyinatı və satıcı tərəf barədə məlumat açıqlanmayıb.
""Kredit Evi" ASC səhmdarlarının 23 Oktyabr 2026-cı il tarixli Növbədənkənar Ümumi Yığıncağında 15 300 000 (on beş milyon üç yüz min) manat dəyərində daşınmaz əmlakın alışı məqsədilə xüsusi əhəmiyyətli əqdin bağlnaması haqqında qərar qəbul edilmişdir",- Şirkətin bildirişində deyilir.
Həmçinin əməliyyatın hansı maliyyə mənbələri hesabına həyata keçiriləcəyi və əmlakın şirkətin gələcək fəaliyyətində hansı məqsədlə istifadə olunacağı məlum deyil.
Qeyd edək ki, xüsusi əhəmiyyətli əqdlər şirkətin maliyyə vəziyyətinə və aktivlərinin strukturuna mühüm təsir göstərə bilən iri əməliyyatlardır.
"Kredit Evi" ASC-nin açıqlamasında 15 milyon 300 min manatlıq daşınmaz əmlak alışının faktiki tamamlandığı deyil, həmin məqsədlə xüsusi əhəmiyyətli əqdin bağlanması barədə səhmdarların qərar qəbul etdiyi bildirilir.


Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb
"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Qala Sığortanın yığımları 11 milyon manatdan çox azalıb
İcbari həyat sığortası: sığorta haqları 35%-ə yaxın azalıb
Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb
Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı
Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib
PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznesə aid ən yaxşı 10 kitab
Fond birjası nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Whatsapp biznesin üstünlükləri nələrdir?