Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb
"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb.
Marja.az-ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin eyni dövründəki 427 milyon 62 min manatdan 548 milyon 526 min manata yüksəlib. Beləliklə, ödənişlər 121 milyon 464 min manat və ya 28,4% artıb.
Bu dövrdə şirkətin topladığı sığorta haqları isə 530 milyon 839 min manatdan 568 milyon 351 min manata çatıb. Artım 37 milyon 512 min manat və ya 7,1% təşkil edib.
Nəticədə ödənişlərin sığorta haqlarına nisbəti 80,5%-dən 96,5%-ə yüksəlib.
Müqayisə göstərir ki, şirkətin ödənişləri yığımlardan təxminən dörd dəfə sürətlə artıb.
2026-cı ilin ilk 9 ayında ölkənin bütün sığorta şirkətləri tərəfindən həyata keçirilmiş ödənişlərin 62,1%-i "PAŞA Həyat Sığorta"nın payına düşüb.
Həyat sığortasında yüksək ödəniş həcmi müddəti başa çatmış yığım müqavilələri ilə də əlaqəli ola bilər. Buna görə ödənişlərin yüksək olması təkbaşına zərərlilik göstəricisi kimi qiymətləndirilmir.

"AccessBank"ın sədri: "Bank Respublika" ilə sövdələşmə tamamlanıb
Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib
Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb
Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib
Könüllü sığorta bazarı: sığorta haqları +12,6% artıb
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib
Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb
İcbari həyat sığortası: sığorta haqları 35%-ə yaxın azalıb
Qala Sığortanın yığımları 11 milyon manatdan çox azalıb
Onlayn biznes növləri
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Dünyanın ən çox maaş verən şirkətləri