"AccessBank"ın sədri: "Bank Respublika" ilə sövdələşmə tamamlanıb
"AccessBank" və "Bank Respublika" arasında sövdələşmə tamamlanıb.
Bu barədə "AccessBank"ın İdarə Heyətinin sədri David Tsiklauri bildirib.
O, bankdakı beşillik fəaliyyətini dəyərləndirərək əldə olunan maliyyə nəticələrinin müsbət olduğunu açıqlayıb.
"2023-cü ildən etibarən bankın kapitalının rentabelliyi (ROAE) davamlı olaraq 25%-dən yüksək olub. Eyni dövrdə səhmdarlar üçün yaradılan dəyər təxminən 3,5 dəfə artıb. Bu göstərici üzrə orta illik artım tempi 28,5% təşkil edib.
"Beş il əvvəl bazarın, demək olar ki, ümidsiz hesab etdiyi bankı ölkənin ən yüksək nəticələr göstərən maliyyə institutlarından birinə çevirdik. Bu uğur bütün AccessBank komandasına məxsusdur", – deyə David Tsiklauri vurğulayıb.
O, həmçinin "Bank Respublika"nın kollektivini sövdələşmənin tamamlanması münasibətilə təbrik edib və yeni rəhbərliyə uğurlar arzulayıb.
David Tsiklauri bildirib ki, sövdələşmə və bundan sonra bankların birləşməsi müştərilər, əməkdaşlar və səhmdarlar üçün daha geniş imkanlar yaradacaq.

Bütün günü uzanmaq və heç nə etməmək istəyi tənbəllik deyil, ciddi siqnaldır: Karl Yunqun müdrik fikri
Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı
Azərbaycanda restoranların dövriyyəsi 8% artıb
Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib
"AccessBank"ın sədri: "Bank Respublika" ilə sövdələşmə tamamlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Dünyanın ən bahalı restoranları
Dünyanın əh bahalı brendləri - TOP-10
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?