Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib

Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçibAzərbaycanda həyat sığortası şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi 2026-cı ilin yanvar–sentyabr aylarında 650 milyon 712 min manat təşkil edib.
Marja.az-ın şirkətlər üzrə statistik məlumatlar əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövründəki 484 milyon 664 min manatlıq göstəricidən 166 milyon 48 min manat və ya 34,3% çoxdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həyat sığortası şirkətlərinin topladığı sığorta haqları isə 655 milyon 437 min manatdan 704 milyon 525 min manata yüksəlib.
Yığımların artımı 7,5% təşkil edib.
Beləliklə, həyat sığortası üzrə ödənişlərin yığımlara nisbəti 73,9%-dən 92,4%-ə çatıb. Hesabat dövründə həyat sığortası şirkətləri ümumi bazarda toplanmış sığorta haqlarının 56,4%-ni, həyata keçirilmiş ödənişlərin isə 73,7%-ni formalaşdırıblar.
Bu nəticələr həyat sığortası seqmentinin Azərbaycan sığorta bazarının ödəniş dinamikasında həlledici rol oynadığını göstərir.
Qeyri-həyat sığortası bazarı 8,4% böyüyüb – Ödənişlər 16,5% artıb
Azərbaycanda qeyri-həyat sığortası ilə məşğul olan şirkətlərin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 543 milyon 961 min manata çatıb. Bu, 2025-ci ilin eyni dövründəki 501 milyon 817 min manatlıq göstəricidən 8,4% çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortaçıları tərəfindən həyata keçirilmiş ödənişlər 199 milyon 233 min manatdan 232 milyon 11 min manata yüksəlib. Artım 32 milyon 778 min manat və ya 16,5% təşkil edib.
Nəticədə qeyri-həyat sığortasında ödənişlərin yığımlara nisbəti 39,7%-dən 42,7%-ə yüksəlib.
Beləliklə, qeyri-həyat sığortasında da ödənişlərin artım tempi yığımlardan yüksək olsa da, həyat sığortası seqmentindəki fərq daha böyükdür.

Banklar     Tarix: 26 oktyabr 2026

Oxşar xəbərlər

m10 ilə bank və kart hesablarınız artıq bir yerdə

Artıq kart və bank hesablarınızdakı məlumatları görmək üçün müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac yoxdur. Fərqli banklardakı hesablarınızı cəmi bir dəqiqəyə m10-a qoşun, balans və əməliyyat tarixçənizi bir tətbiqdə

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qazaxıstan Mərkəzi Bankı faiz dərəcəsini 50 baza bəndi endirib

Qazaxıstan Milli Bankı baza faiz dərəcəsini 50 baza bəndi azaldaraq 16,25%-dən 15,75%-ə endirib. xəbər verir ki, oktyabrın 23-də qəbul edilən bu qərar ölkədə pul-kredit siyasətinin yumşaldılması prosesinin davam etdiyin

"AccessBank"ın sədri: "Bank Respublika" ilə sövdələşmə tamamlanıb

"AccessBank" və "Bank Respublika" arasında sövdələşmə tamamlanıb. Bu barədə "AccessBank"ın İdarə Heyətinin sədri David Tsiklauri bildirib. O, bankdakı beşillik fəaliyyətini dəyərləndirərək əld

"Deutsche Bank" kriptovalyutaların saxlanması xidmətini işə salacaq

Almaniyanın ən böyük bankı "Deutsche Bank" bir neçə həftə ərzində ilk rəqəmsal aktiv xidmətini istifadəyə verməyi planlaşdırır. Platforma ilkin mərhələdə müştərilərə bitkoin və efirium kimi kriptovalyutaları bankd

She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn "She"s Next"

Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)

Azərbaycanda bankların ümumi depozit portfeli 2026-cı ilin ilk doqquz ayında 11% artaraq 42,26 milyard manata çatıb. xəbər verir ki, bu, bankların maliyyə hesabatları əsasında aparılan hesablamalardan məlum olur. Həcm üzr

"Bank BTB"nin hüquqi varisi kreditorlarına müraciət edib

"Bank BTB" ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi nəticəsində yaradılmış "T-Kredit" MMC ləğv olunduğunu elan edib. xəbər verir ki, təşkilat bununla bağlı kreditorlarına müraciət ünvanlayıb

Azərbaycanda İslam bankçılığının tətbiqi üçün qanunvericilik dəyişir – Layihələr dövlət qurumlarına göndərilib

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqi istiqamətində yeni mərhələyə keçilir. Ölkənin maliyyə bazarında bu mexanizmlərin fəaliyyətinə hüquqi şərait yaradılması məqsədilə normativ hüquqi akt layihələri hazırlanara


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari online pul qazanmaq dollar mezenne