Dünyanın ən çox maaş verən şirkətləri

Dünyanın ən çox maaş verən şirkətləriİşə düzəlmək istəyən hər kəs ilk növbədə maaşla maraqlanır. Biznes.az məlumat verir ki, hər kəs yüksək əmək haqqı qarşılığında işləməyi arzulasa da, buna heç də hamı müəssər olmur.
Yüksək məvacib almaq üçün təkcə ixtisasa yiyələnmək deyil, həmçinin belə maaşı təklif edən şirkətə düzələ bilmək lazımdır. Çünki dünya ölkələrində də heç də bütün şirkətlər yüksək maaş vermirlər. Bu məqalədə məhz yüksək məvacib təklif edən şirkətlərdən bəhs edəcəyik.

"Microsoft"

Ən yüksək maaş: 523-565 min dollar
Orta maaş: 148 min dollar
"Microsoft" dünyada ən böyük iki transmilli şirkətlərdən biridir. Müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur.

"Facebook"

Ən yüksək maaş: 324-347 min dollar.
Orta maaş: 153 min dollar
"Facebook" əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkədir. "Facebook" da əməkdaşlarına yüksək məvacib ödəyən şirkətlər sırasındadır.

"Vmware"

Ən yüksək maaş: 406-441 min dollar
Orta maaş: 158 063 min dollar
"Vmware" virtuallaşdırmaq üçün proqram təminatının ən iri təsisçisi olan Amerika şirkətidir. İqamətgahı Kaliforniyada yerləşir. "Vmware" insanların işləməyə can atdıqları şirkətlər sırasındadır. Bununla belə, heç də hər kəsə bu şirkətdə işləmək müəssər olmur.

"Google"

Ən yüksək maaş: 695-762 min dollar
Orta maaş: 161 min dollar
"Google" dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən transmilli şirkətdir. Gəlirinin böyük hissəsini "AdWords" proqramı ilə reklamlardan əldə edir.

NVIDIA

Ən yüksək maaş: 436-472 min dollar
Orta maaş: 170 min dollar
NVIDIA çip əsasında qrafik prosessorlar və sistemlər təsis edən ABŞ texnologiya şirkətidir. Biznes.az məlumat verir ki, bu şirkətdə də çalışanlar yüksək məvacib alırlar.
Dünyanın ən çox maaş verən şirkətləri

Biznes     Tarix: 08 noyabr 2025

Oxşar xəbərlər

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Şuşa restoranlarında bir ildə - 7 MİLYON MANAT HESAB VERİLİB

2025-ci ildə Şuşada ictimai iaşə dövriyyəsinin həcmi 7 milyon 51 min manat olub. . Azərbaycanda restoranlarda ən çox pul xərclənən 10 region – SİYAHI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Şuşada restoranlard

"Araş" firmasına yeni rəhbər təyin olunub

Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən "Araş" firmasının rəhbəri dəyişib. xəbər verir ki, şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb. Onun yerinə Əli Abdullaye

Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür

Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Bu xəstəliklə mübarizədə vaxtında müayinə və erkən aşkarlanma mühüm rol oynadığı kimi, yarana biləcək maliyyə çətinliklərinə qarşı əvvəlcədə

Rəsmi məlumat deyir ki, Xankəndidə restoranların illik dövriyyəsi – CƏMİ 1,2 MİLYON MANATDIR

Ötən il Xankəndi şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 1 milyon 270,5 min manat olub. . Hansı rayonun restoranları daha çox qazanır? – RAYONLAR, MƏBLƏĞLƏR, SİYAHI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı


iqtisadi xeberler biznes krediti avtomobil xeberleri biznes xeberleri 1000 manatla biznes