İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar

İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallarİşəgötürənlərin bir iş müsahibəsində sizdən nə istədiklərini dəqiq bilsəydiniz, əla olmazdı? Bunun üçün zamanda səyahətə ehtiyac yoxdur. Biznes.az məlumat verir ki, yaxşı hazırlanaraq özünüzdən əmin olduqdan sonra "HR"ları ağıl, təcrübə və cazibənizlə valeh edə bilərsiniz. Sadəcə, müsahibə zamanı ən çox soruşulan sualları doğru şəkildə cavablandırmaq lazımdır.
Onsuz da, sizdən nə soruşacaqlarını yaxşı bilirsiniz. Əlbəttə ki, hər iş müsahibəsinin öz yolu, peşəyə aid sualları və mövzuları var, amma menecerlərin həmişə güvəndikləri standart suallar toplusu var.
Bu yazımızda ən çox rast gəlinən çətin müsahibə suallarından bəhs edəcəyik.

1. Ən böyük zəifliyiniz nədir?

Güclü və zəif tərəfləriniz haqqında danışmağınız tələb oluna və ya iki ayrı sual şəklində sizdən soruşula bilər. Güclü və zəif tərəfləriniz eyni zamanda soruşulsa, əvvəlcə zəif tərəflərinizi müzakirə edin. Nəticədə sonda güclü tərəfələrinizi vurğulayacaq və nitqinizi müsbət fikirlə sonlandıracaqsınız. Bu, müsahibə zamanı sizə üstünlük qazandırır. Zəif tərəflərinizi müzakirə edərkən bacarıq, vərdişlər və ya şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli nümunələr çəkin. Müraciət etdiyiniz sahədən asılı olaraq, hansına diqqət ayıracağınıza öncədən qərar verin.

2. Ən güclü tərəfləriniz hansılardır?

Bu, asan sual kimi görünür - nələrdə yaxşı olduğunuzu bilirsiniz. Ancaq diqqətli olun. Vakansiya elanını diqqətlə oxuyun və dediklərinizin bu işə, təsvir etdikləri şəkildə, uyğun olduğundan əmin olun. Liderlik bacarığı olan komanda oyunçularını axtarırlar? Ünsiyyət bacarıqlarınızdan danışmalısınız. Sadəcə, həqiqəti söyləyin. Özünüzdən bəhs edərkən təkəbbürlü cümlələrdən istifadə etməkdən qorxursunuzsa, keçmişdə insanların sizin haqqınızda söylədiklərindən bəhs edərək sözləri başqasının dili ilə çatdırmağa çalışın.
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar

3. Niyə sizi işə götürməliyik?

Bu kimi çətin sualların sizi çıxılmaz vəziyyətə salmasına yol açmayın. Bu suala ən yaxşı cavab sizi rəqiblərinizdən fərqləndirən cəhətlərin müəyyənləşdirilməsidir. Bu suala cavab hazırlamazdan əvvəl iş elanındakı tələbləri yaxşı oxuduğunuzdan əmin olun. Elandakı tələblərə əsasən cavab hazırlayaraq işə götürmə menecerinə iş üçün ən yaxşı namizəd olduğunuzu sübut edə bilərsiniz.

4. Əvvəlki işinizdə xoşunuza gəlməyən cəhət nədir?

Bu suallara cavab verərkən səmimi olmaqla yanaşı, neqativ fikirlərdən uzaq durmağa çalışın. Bu müsahibə sualının məqsədlərindən biri müraciət etdiyiniz işdən nə gözlədiyinizi müəyyən etməkdir. Əvvəlki işdəki şərtlərdən narazı idinizsə və yeni işdəki şərtlər oxşardırsa, yenidən narazı ola bilərsiniz. Unutmayın ki, son işinizdən nifrət etsəniz də, oradakı işçilər haqqında heç vaxt pis danışmamalısınız.

5. Qarşıdakı beş ildə özünüzü harada görürsünüz?

İşdə yüksəlmək istəyi normaldır və işəgötürənlərin çoxu insanların, xüsusən də gənc, iddialı cavanların daim fürsət axtardığını qəbul edir. Buna görə beş il sonra yenə də orada olacağınızı göstərmək məcburiyyətində deyilsiniz. Bunun əvəzinə xəyalınızdakı bir vəzifəni düşünün - həmin şirkətlə və ya işlə əlaqəli olsun. Biznes.az məlumat verir ki, bu, iddialı olduğunuzu və peşəkar olaraq irəliləmək istədiyinizi göstərir.
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar

Biznes     Tarix: 02 noyabr 2025

Oxşar xəbərlər

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler emlak xeberleri kripto bu gunun xeberleri dollarin kursu bu gun