ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
Azərbaycanın ən iri aktivlərə sahib olan dövlət bankı ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) İdarə Heyəti sədrinin birinci müavini öz xahişi ilə vəzifəsindən ayrılır.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə, öz xahişi ilə vəzifədən ayrılan şəxs İlham Həbibullayev Səbahəddin oğludur.
Hazırda bu vəzifə vakantdır. Beləliklə, sədrlə birlikdə İdarə Heyətinin üzvlərinin sayı altı nəfərə düşüb.
İlham Həbibullayev 30 ildir bank sektorunda çalışır. Karyerasına 1995-ci ildə başlayıb.
ABB-dəki son vəzifəsinə 2020-ci ilin martından indiki vəzifəyə təyin edilmişdi.
2010-2019-cu illərdə "Expressbank" ASC-də çalışıb: 2017-2019-cu illərdə icraçı direktor, 2010-2017-ci illərdə isə müavini olub.
2004-2010-cu illərdə "Unibank" ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Belə ki, 2004-2006-cı illərdə Layihələrin maliyyələşdirilməsi və sənədli əməliyyatlar bölməsinin rəhbəri, 2006-2010-cu illərdə isə Korporativ bankçılıq üzrə menecer vəzifələrində çalışıb.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv