Dünyanın ən varlı 10 müğənnisi

Dünyanın ən varlı 10 müğənnisi2022-ci ildə hazırlanan siyahıya görə, dünyanın ən zəngin 10 musiqiçisinin ümumi sərvəti 10 milyard dolları ötür. Biznes.az melumat verir ki, bu sərvətlərin mənbəyi çox vaxt musiqi olsa da, ən zəngin musiqiçilər arasında musiqidən qazandıqları pulları sərmayəyə çevirərək sərvətlərini artıran insanlar da var.
Forbes jurnalına görə 2022-ci ilə kimi dünyanın ən zəngin 10 musiqiçisi:

1. Kanye Uest

Rep sənətçisi və prodüser Kanye Uest 1,8 milyard dollar sərvəti ilə ötən ilin ən varlı musiqiçiləri siyahısında birinci yeri tutub. Keçən il 140 milyondan çox albom satan sənətçi həm də 20-dən çox Qremmi mükafatının sahibidir. Sənətçinin xüsusilə daşınmaz əmlak sektorunda sərmayələrinin olduğu məlumdur.

2.Rihanna

Əvvəllər bir neçə dəfə "Forbes" jurnalının "Dünyanın ən çox qazanan müğənnisi" siyahısında birinci olan Rihanna bu dəfə ümumi sərvətinə görə dünyanın ən zəngin musiqiçiləri siyahısında ikinci yeri tutub. "Fenty Beauty" adlı kosmetika şirkəti və "Savage x Fenty" alt paltarı markası olan Rihannanın ümumi sərvətinin 1,7 milyard dollardan çox olduğu təxmin edilir.

3. Cey Z

Rep musiqisindəki uğurlarını musiqi sərmayələri və istehsalına köçürən 52 yaşlı Cey Zin sərvəti 1,4 milyard dollardır.

4. Endryu Lloyd Uebber

Bəstəkar, teatr direktoru, televiziya aparıcısı və iş adamı Endryu Lloyd Uebber uzun illərdir ki, musiqi aləmindədir. Uebber uşaqlığından bəri məşğul olduğu musiqidən qazandığı pulları müxtəlif sektorlara yatıraraq 1,2 milyard dollar sərvət toplayıb.

5. Pol Makkartni

"The Beatles" qrupunun üzvü Pol Makkartni keçən il açıqlanan siyahıda birinci yeri tutmuşdu. O, həm də yazdığı 32 mahnı ilə dünya hitləri arasında ən çox hit olan bəstəkar kimi dünya rekorduna sahibdir. 72 yaşlı sənətçi 1,08 milyard dollar sərvəti ilə builki siyahıda beşinci yerdə qərarlaşıb.

6. P-Diddy

Diddy 885 milyon dollar sərvətə malikdir. Dünyada rep və hip-hop musiqisinin ən tanınmış adlarından biri olan sənətçi "Bad Boy Entertainment" adlı prodüser şirkəti ilə ilk dəfə bir çox dünya şöhrətli rep sənətçilərini tanış edən şəxs kimi də tanınır.

7. Herp Alpert

Musiqiçi Herp Alpert qazancının böyük bir hissəsini uzun illərdir hazırladığı və ifa etdiyi musiqilərə borcludur.
Dünyanın ən varlı 10 müğənnisi

8. Madonna

Madonna 80-ci illərdən bu yana gördüyü hər işi ilə adından söz etdirməyi bacarır. Musiqiçi olmaqla yanaşı, prodüser, şirkət sahibi, investor, aktrisa və uşaq kitabı müəllifi olan Madonnanın ümumi sərvətinin 850 milyon dollar civarında olduğu açıqlanıb.

9. Dr. Dre

Prodüser və musiqiçi Dr. Dre 2022-ci ilin ən zəngin musiqiçiləri siyahısında 9-cu yerdədir. Prodüser və əyləncə şirkətlərinin sahibi olan sənətçi Eminem, Snoop Dogg və 50 Cent kimi rep sənətçilərini dünyaya tanıdan addır.

10. Selin Dion

Xüsusilə "Titanik" filmi üçün ifa etdiyi "My Heart Will Go On" mahnısı ilə tanınan Selin Dion dünyanın ən bahalı konsert sənətçilərindən biridir. Biznes.az melumat verir ki, Dionun tək çıxışına görə 500 min dollar qonorar aldığı məlumdur. 2016-cı ildə Las-Veqasda mininci konsertini verən Dionun sərvəti 800 milyon dollardan çoxdur.
Dünyanın ən varlı 10 müğənnisi

Biznes     Tarix: 28 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c


iqtisadi xeberler bitcoin 1000 manatla biznes online pul qazanmaq bitcoin qiymeti