İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı
Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
"Şəki Yaylası"ndakı hadisə ilə bağlı cinayət işi açıldı - Qəzanın səbəbi açıqlandı
FED.az xəbər verir ki, ərazidə istirahət mərkəzinə giriş məhdudlaşdırılıb. Mərkəzə aparan piyada keçidi bağlanıb, həmçinin avtomobillərin hərəkətinə isə tamamilə qadağa qoyulub.
Mərkəzdən bildirilib ki, istintaq tədbirləri ilə əlaqədar obyektin fəaliyyəti ilin sonunadək dayandırılıb.
Həmçinin o da qeyd olunub ki, gələcəkdə zəruri dəyişikliklər və müvafiq tədbirlər həyata keçirildikdən sonra fəaliyyətin bərpası məsələsinə baxıla bilər.
Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. Əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. (Oxu.az)
Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək
Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə
Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR
Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti
Pampers 23 milyard dollar qazanıb
ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr
Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi
Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər