Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdiAzərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib.
FED.az xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişiklikləri təsdiqləyib.
Əsas yenilik - ezamiyyət qaydalarının fiziki şəxs olan işəgötürənlərə də uyğunlaşdırılmasıdır. İndiyədək ezamiyyət qaydaları dövlət orqanları, müəssisə, idarə və təşkilatlar və şirkətlərə aid edidirdisə, yeni dəyişikliyə əsasən artıq qaydalar fiziki şəxs olan işəgötürənlərə də aiddir.
Ezamiyyətin anlayışı yeniləndi
Əslində bu texniki yepnilikdir, yeni redaksiyaya əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin, eləcə də fiziki şəxs olan işəgötürənin əmri, sərəncamı və ya qərarı ilə işçinin müəyyən müddətə öz iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi ezamiyyət sayılır.
Yəni əsas dəyişiklik odur ki, bundan sonra təkcə idarə və təşkilatlar deyil, fiziki şəxs olan işəgötürənlər də işçilərini qanuni şəkildə ezamiyyətə göndərə biləcəklər.
Buna görə də ezamiyyətin yalnız "əmr" və ya "sərəncam" əsasında rəsmiləşdirilməsinə dair ifadələr də genişləndirilib. Müxtəlif bəndlərdə ezamiyyətin əmr, sərəncam və ya qərarla rəsmiləşdirilməsi nəzərdə tutulub.
Fiziki şəxs işəgötürən də işçini ezamiyyətə göndərə biləcək
Dəyişikliklərin böyük hissəsi məhz fiziki şəxs olan işəgötürənlərin qaydalarda nəzərə alınmasına yönəlib.
Belə ki, ezamiyyətə göndərilmə, onun müddətinin müəyyənləşdirilməsi və digər rəsmiləşdirmələrdə əvvəl istifadə edilən "təşkilatın rəhbəri" ifadələri bir sıra hallarda daha geniş "işəgötürən" anlayışı ilə əvəz olunub.
Ezamiyyət sənədlərində də buna uyğun dəyişiklik edilib. İndiyədək ezamiyyə sənədində işçini ezamiyyətə göndərən təşkilatın adı göstərilirdisə, bundan sonra fiziki şəxs olan işəgötürənin soyadı, adı və atasının adının göstərilməsi nəzərdə tutulur.
Möhürlə bağlı da yenilik var
Fiziki şəxs sahibkarların bir hissəsinin möhürü olmur, ona görə də möhürlə bağlı məsələ də dəyişib. "İşçilərin Ezamiyyə Qaydaları"na edilən əlavədə təşkilatın ştampı ilə yanaşı, fiziki şəxs olan işəgötürənin möhürü və ya soyadı, adı və atasının adı nəzərdə tutulub. Əlavədəki "Təşkilatın rəhbəri" ifadəsi də "İşəgötürən" sözü ilə əvəz edilib.
Ezamiyyə haqqı dəyişməyib
Hamını daim maraqlandıran məsələlərdən biri – ezamiyyət haqqı isə dəyişməyib. Qaydalarda bununla bağlı dəyişiklik yoxdur.

Biznes     Tarix: 11 oktyabr 2026

Oxşar xəbərlər

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

"MİRAS" Hərbi-Sənaye Şirkəti Müdafiə Nazirliyinin tabeliyindən çıxarılaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, şirkətin tabeliyində dəyişiklik edilib. Qeyd edək ki, "MİRAS"

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

İndoneziya vətəndaşı Azərbaycanda SPA mərkəzi – YARADIB

Mart ayının 16-da "Lamara SPA" MMC (VÖEN: 1407590691) dövlət qeydiyyatına alınıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni yaradılan şirkətin qanuni təmsilçisi İndoneziya vətəndaşı Apud İrma, nizamnam

Eyni ünvanda yerləşən 4 şirkət – LƏĞV EDİLDİ

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 110 ünvanında yerləşən 4 şirkət ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Beauty İnn" MMC (VÖEN: 1406099651), "Veutiful" MM

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb. xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Qlobal artımın, investisiyanı

Ötən il yaradılan 10 manatlıq şirkətlər – XARİCƏ MİLYONLARLA DOLLARLIQ SATIŞ EDİB - SİYAHI

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayı açıqlanıb. Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinqi açıqlandı - ƏTRAFLI. biznes və maliyyə xəbərlər


iqtisadi xeberler bitcoin qiymeti 1000 manatla biznes internetden pul qazanmaq dollar mezenne