Azərbaycanda yeni bank məhsulu buraxılıb

Azərbaycanda yeni bank məhsulu buraxılıbAzərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni bank məhsulu buraxılıb.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, bu il Agentliyin vəsaitindən istifadə qaydalarında dəyişiklik edilib: "Dəyişikliklərə əsasən, bankların verdiyi kreditlər üzrə faizlərin subsidiyalaşdırılması məhsulu yaradılıb. Bu məhsulun əsas istiqaməti dənli və paxlalı bitkilərin, texniki bitkilərin, eləcə də tərəvəz və bostan bitkilərinin, yəni birillik əkinlərin maliyyələşdirilməsidir. Kreditlərin təyinatı həmin bitkilərin becərilməsində istifadə olunan gübrə, toxum və pestisidin alınmasının maliyyələşdirilməsidir".
"Məhsulun şərtlərinə gəlincə, kreditlərin müddəti bir ilə qədərdir. Müvəkkil təşkilatların verdiyi kreditlərin 19%-lik hissəsini agentlik maliyyələşdirir. Kreditlər üzrə faizlər rüblük əsasda təşkilatlara köçürülür. Kreditin əsas məbləği müddətin sonunda ödənilir. Bu məhsulla bağlı müvəkkil təşkilatların qarşısında bir sıra vəzifələr də dayanır. Belə ki, onlar ilk növbədə bu məhsul üzrə yeni kart məhsulu buraxmalıdırlar. Ayrılmış kredit vəsaitləri yalnız həmin kart vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki (EKTİS) tapagro.az altsistemi vasitəsiylə nağdsız qaydada istifadə olunmalıdır. Beləliklə, vəsaitlərin nağd şəkildə istifadəsi tamamilə məhdudlaşdırılır və bütün ödənişlər sistem üzərindən həyata keçirilir. Bu da kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət etməyə imkan verir", – nazirlik rəsmisi əlavə edib.

Banklar     Tarix: 25 noyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda maliyyə institutlarının nümayəndələrinin, gənc sahibkarların və beynəlxalq maliyyə tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə "Biznesdə Gənclər" proqramını

PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub

11-12 noyabr tarixlərində Bakı İdman Sarayında eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatı keçirilib. Azərbaycanda ilk dəfə təşkil olunan beynəlxalq yarışın baş sponsoru "PAŞA Həyat" olub

ABB DAVR-a lisenziya verildi

Özbəkistan Respublikasının Mərkəzi Bankı 18 noyabr 2026-cı il tarixində Davr Bankın əsas səhmdarı olan ABB-nin bu ölkədə ABB DAVR brendi ilə fəaliyyətinə lisenziya verib. Rebrendinq prosesi Davr Bankın ABB Maliyyə Qrupun

"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib

ABŞ-nin üç böyük maliyyə şirkəti – "Visa", "Mastercard" və "JPMorgan Chase" ilə əlaqəli minlərlə müştərinin şəxsi məlumatları kiberhücum nəticəsində sızdırılıb. Hücum birbaşa şirkətlərin əsa

Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı

"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbayca

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əld

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik


iqtisadi xeberler en son xeberler telefonla pul qazanmaq dollar mezenne online pul qazanmaq