Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
2026-cı ilin üçüncü rübündə (iyul-sentyabr) Azərbaycanda banklara məxsus ödəniş kartları ilə həyata keçirilmiş fırıldaqçılıq əməliyyatlarının ümumi məbləği 2 milyon 11 min 550 manat təşkil edib.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının "Ödəniş kartları ilə baş vermiş rəqəmsal fırıldaqçılıq statistikası" üzrə açıqladığı məlumatlardan məlum olur.
Hesabat dövründə ölkədaxili ödəniş şəbəkəsi vasitəsilə həyata keçirilən fırıldaqçılıq əməliyyatlarının həcmi 1 milyon 635 min 257 manat, ölkəxarici ödəniş şəbəkəsi üzrə isə 376 min 293 manat təşkil edib.
2026-cı ilin ikinci rübü ilə müqayisədə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının məbləği 52,18%, ölkəxarici əməliyyatların məbləği isə 30,02% artıb. İkinci rübdə bu göstəricilər müvafiq olaraq 1 milyon 74 min 526 manat və 289 min 423 manat olmuşdu. Beləliklə, üçüncü rübdə fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi əvvəlki rüblə müqayisədə 647 min 601 manat və ya 47,49% artıb.
Üç ayda 13 mindən çox fırıldaqçılıq halı qeydə alınıb
Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin üçüncü rübündə bank kartları ilə bağlı ümumilikdə 13 min 319 fırıldaqçılıq halı qeydə alınıb. Bunlardan 7 min 222-si ölkədaxili, 6 min 97-si isə ölkəxarici ödəniş şəbəkələri üzrə baş verib. İkinci rüblə müqayisədə ölkədaxili fırıldaqçılıq hallarının sayı 36,14%, ölkəxarici hallarının sayı isə 67,82% artıb. 2026-cı ilin ikinci rübündə ümumilikdə 8 min 938 belə hal qeydə alınmışdı. Üçüncü rübdə bu göstərici 4 min 381 hal və ya təxminən 49% artıb.
Fırıldaqçılıq hallarının əksəriyyəti hesabın ələ keçirilməsi ilə bağlıdır
Mərkəzi Bankın statistikasına əsasən, üçüncü rübdə ölkədaxili fırıldaqçılıq hallarının 21,8%-i hesabın ələ keçirilməsi ilə bağlı olub. Digər fırıldaqçılıq növlərinin payı 78,2% təşkil edib. Ölkəxarici əməliyyatlarda isə kartın fiziki iştirakı olmadan həyata keçirilən fırıldaqçılıq hallarının payı 71,7%-ə çatıb. Digər hallar 28,3% təşkil edib. Fırıldaqçılıq əməliyyatlarının aparıldığı avadanlıqlar üzrə bölgüdə elektron ticarət və mobil tətbiqlər üstünlük təşkil edib. Üçüncü rübdə bu kanalların payı ölkədaxili əməliyyatlarda 97,7%, ölkəxarici əməliyyatlarda isə 97,9% olub.
Mərkəzi Bank qeyd edir ki, təqdimatda əks olunan göstəricilər banklar tərəfindən təqdim edilmiş məlumatlar əsasında hazırlanıb. Aparılmış təhlillər fırıldaqçılıq hallarının əksəriyyətinin ödəniş kartı istifadəçilərinin şəxsi məlumatlarını kiberdələduzlara təqdim etməsi nəticəsində baş verdiyini göstərir.





Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
İKEA şirkətinin tarixi
Ən çox gəlir gətirən onlayn bizneslər
CV-nin tərtib edilməsi prinsipləri
Dünyanın ən zəngin idmançıları
Françayzinq nədir və necə olur?