ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II ®ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA" Proqramının 2-ci mərhələsi də yekunlaşıb.
ADA Universitetində keçirilən Məzun Gününə Bank of Baku-nun və UUniversitetin rəhbər heyəti, ekspert heyəti, eləcə də proqram iştirakçıları qatılıblar.
Qeyd edək ki, bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil edilən proqram 6 ay boyunca davam edib və 80 saatlıq proqramda Bank of Baku-nun 25 rəhbər əməkdaşı təhsil alıb. ADA Universiteti tərəfindən xüsusi olaraq hazırlanmış "Mini-MBA" proqramı Maliyyə İdarəetməsi, Marketinq və Biznes analitikası da daxil olmaqla bank sektorunun əsas sahələrini əhatə edib. Əsas məqsəd rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə və qərar qəbul etmə, eləcə də liderlik, ünsiyyət və problem həll etmə bacarıqlarını gücləndirməkdir.
Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov nəzəriyyə və praktikanı tarazlı şəkildə birləşdirən proqram çərçivəsində iştirakçılara həm Universitet müəllimlərinin, həm də biznes dünyasının təcrübəli ekspertlərinin öz biliklərini ötürdüyünü vurğulayıb. Təlim prosesinin interaktiv mühitdə qurulduğunu və iştirakçıların fəal müzakirələrə qatıldığını xüsusi diqqətə çatdırıb. O, həmçinin ADA Universiteti ilə "Bank of Baku" arasında formalaşmış səmərəli əməkdaşlığın qarşıdakı dövrdə də uğurla davam edəcəyinə inandığını bildirib.
Tədbirdə çıxış edən Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev ADA Universiteti ilə həyata keçirilən bu proqramın səmərəsini yüksək qiymətləndirərək qeyd edib ki, hər bir şirkətin uğurunun təməlində peşəkar və daima inkişaf edən insan kapitalı da dayanır. ADA Universiteti ilə birgə həyata keçirilən proqramı bu baxımdan strateji sərmayə kimi dəyərləndirə bilərik. Burada qazanılan bilik və təcrübələrin gələcəkdə qazanacağımız uğurlara öz töhfəsini verəcəyinə inanırıq.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II

Banklar     Tarix: 14 noyabr 2026

Oxşar xəbərlər

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

istəyənlərə 10 məsləhət

iqtisadi xeberler biznes xeberleri biznes qurmaq bank faizleri biznes krediti