Biznes plan necə yazılır?

Biznes plan necə yazılır?Biznes plan biznesin mahiyyəti və məqsədlərini, bu məqsədə çatmaq üçün seçilən metodları və vaxt aralığını, eyni zamanda biznesin maliyyə və marketinq şöbələri haqqında ətraflı təsviri özündə ehtiva edən rəsmi sənəddir.
Biznes.az məlumat verir ki, biznes qurmaq üçün ilk öncə onun planı ətraflı şəkildə hazırlanmalıdır. Plan ehtiyaclarınız və məqsədlərinizə uyğun olmalıdır. Çünki biznes plan bir iş planı, iş məqsədlərini, bu hədəflərə necə çatmağın üsullarını və ya bu məqsədlərə çatmağın lazım olduğu müddətləri ehtiva edir. Bununla yanaşı, biznes planda işin xarakteri, təşkilat haqqında əsas məlumatlar, təşkilatın maliyyə proqnozları və göstərilən hədəflərə çatmaq üçün həyata keçirmək niyyətində olduğu strategiyalar təsvir edilmişdir.
Hər bir şirkət mütləq şəkildə bir iş planına (biznes plana) sahib olmalıdır və bunun bir çox səbəbi var. Lakin hər bir işin diqqətlə hazırlanmış xülasə və təsvirləri ilə tam rəsmi plana ehtiyacı yoxdur.

Biznes plan üçün əsas 3 faktor

Biznes plan hazırlanarkən plan özündə həlledici əhəmiyyətə malik 3 faktoru ehtiva etməlidir:
İnsan faktoru - biznesə başlayacaq və davam etdirəcək komanda. Həmçinin biznesin inkişafına kənardan dəstək verəcək investor və digər maraqlı şəxslər.
İmkanlar - biznesin məqsədi və istiqamətini düzgün müəyyənləşdirmək, bazarın doğru və düzgün araşdırılması,rəqiblərin müəyyənləşdirilməsi,rəqabət qabiliyyətliyin müəyyən edilməsi
Risk və qazanc - gəlir və xərclər smetasının düzgün yazılması,hansı müddətdən sonra mənfəətin əldə edilməsi, risklərin müəyyənləşdirilməsi.
Yuxarıda qeyd edilən xüsusi əhəmiyyətə malik 3 faktoru qeyd etdikdən sonra biznes planın strukturunu hazırlaya bilərik. Planın strukturu adətən giriş hissəsi qısa icmal və biznesin ümumi təsviri kimi başlayır, əsas hissədə isə daha dərin və xüsusi izahlarla davam edir. Son hissədə isə konkret və dolğun məlumatlara və detallara yer ayrılır.
Biznes plan biznesin təməlidir.
Yeni biznesə başlayırsınızsa və nəyi necə edəcəyinizi bilmirsinizsə pulunuzu itirmək riski yüksəkdir. Biznes plan hər addımın nöqtə-nöqtə olduğu bir plandır. Biznes planda hər bir şeyə məqama diqqət ayrılır. Biznes üçün sənədlərin iş adamları arasında hazırlanmasında problemlər tez tez baş verir.
Biznes plan necə yazılır?

Biznes planda əsas məqamlar

Biznes.az məlumat verir ki, biznes planda bir neçə əsas məqam var.
Xülasə. Bu hissə gələcək biznesin istiqamətini, şirkətin bazarlarını və yerini , gəlirliliyini , məsul şəxsləri təsvir edir.
Şirkətin təklif etdiyi məhsul və xidmətlər hissəsidir. Məhsulu təqdim etmək, xüsusiyyətlərini göstərmək , foto və video materialları təqdim etmək lazımdır. Bundan əlavə, burada hədəf auditoriyanın təsvirini, rəqabətə davamlı məhsulların təhlilini , qiymət və prinsiplərini müəyyən edir.
Marketinq strategiyası. Bu mərhələ bazarın təhlilini və əsas rəqibləri vurğulamağı əhatə edir. Həmçinin təşviqat üsulları, kanalların siyahısını , habelə rəqibin üstünlüklərinin siyahısı, müştərinin sizi niyə seçəcəyi göstərilir.
İstehsal planı. Şirkət məhsul istehsal etməyəcəksə , bu mərhələ göstərilmir. İstehsal üçün tələb olunan avadanlıq, onların tətbiqi ardıcıllığı, gözlənilən istehsal artımı və istehsal planında göstərilir.
Təşkilatı plan.Biznesə başlamaq və inkişaf etdirmək üçün hər addımın növbə ilə təsvir olunduğu bir cədvəldir. Bundan əlavə , mərhələlərin həyata keçirilməsinin vaxtını göstərmək, məsul şəxsi göstərmək və hər addımdan gözlənilən nəticələri təsvir etmək lazımdır.
Maliyyə planı. Bu investorlara təqdim edəcəyəniz tam bir layihə təxminidir. Bu vəziyyətdə həm birdəfəlik, həm də təkrarlanan xərclər göstərilir. Məsələn, avadanlıq, nəqliyyat, otaq və sairə alınması birdəfəlik xərc hesab edilə bilər. Təkrarlanan xərclərə kommunal xərclər, icarə , xammal alınması və s göstərilə bilər.
Perspektivlər. Yekun mərhələdə biznesin inkişafının ən pis dövründən ən yaxşı dövrünə kimi mümkün variantlar təsvir edilir.
Biznes plan necə yazılır?

Biznes     Tarix: 01 noyabr 2025

Oxşar xəbərlər

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür

Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Bu xəstəliklə mübarizədə vaxtında müayinə və erkən aşkarlanma mühüm rol oynadığı kimi, yarana biləcək maliyyə çətinliklərinə qarşı əvvəlcədə

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir

Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoil" neft şirkətinin təsisçisi Vahid Ələkbərov dünyanın ən varlı milyarderlərinin reytinqində 77-ci yerdə qərarlaşıb. Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısın

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il


iqtisadi xeberler valyuta mezennesi valyuta xeberleri biznes xeberleri rubl mezenne