"Tikintidə sənədləşmə dövlətçilik mədəniyyətidir. Çünki sənədlər büdcəni qoruyur, büdcə isə xalqın inamıdır." – Aqil Talıbov

"Tikintidə sənədləşmə dövlətçilik mədəniyyətidir. Çünki sənədlər büdcəni qoruyur, büdcə isə xalqın inamıdır." – Aqil Talıbov15 noyabr tarixində "Gülüstan" Sarayında keçirilən Təchizat Zənciri Liderləri Zirvəsinin sponsorlarından biri Karabakh Group şirkəti olub. Şirkət tədbirdə xüsusi stendlə iştirak edərək Qarabağda və bir çox regionda icra etdiyi tikinti və infrastruktur layihələri, eləcə də müasir idarəetmə və satınalma yanaşmaları barədə iştirakçılara məlumat təqdim edib.

Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrində şirkətin Maliyyə və Kommersiya direktoru Aqil Talıbov spiker qismində çıxış edib. O, tikinti sektorunda sənədləşmə və aktlaşdırma mədəniyyətinin əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, layihələrin dayanıqlığı yalnız texniki icra ilə deyil, həm də sağlam sənədləşmə sistemi ilə təmin olunur.
Aqil bəy bildirib ki, zəif sənədləşmə gecikmələrə, büdcə itkilərinə və satınalma proseslərində qeyri-müəyyənliyə səbəb olur. Onun sözlərinə görə, sənədləşmə mühəndisliyinin ayrıca peşə sahəsi kimi inkişaf etdirilməsi və rəqəmsal sistemlərin tətbiqi tikinti sənayesinin keyfiyyət və şəffaflıq standartlarını yüksəldə bilər.
Maliyyə direktoru həmçinin qeyd edib ki, satınalmada yalnız ən aşağı qiymət prinsipi deyil, "ən ağıllı təklif" yanaşması prioritet olmalıdır. O, sadələşdirilmiş prosedurların və çevik ödəniş mexanizmlərinin KOB-ların tikinti və təchizat proseslərinə daha aktiv qoşulmasına imkan yaratdığını vurğulayıb. KOB-ların aktiv iştirakı həm bazarda sağlam rəqabəti formalaşdırır, həm də yerli istehsalın və xidmətlərin keyfiyyətini yüksəldir.
Karabakh Group tədbirdə həm sponsor, həm də spiker qismində iştirak edərək sektorun inkişafı, sənədləşmə mədəniyyəti və satınalma standartları ilə bağlı önəmli mesajlar verib.
Qeyd edək ki, Karabakh Group - Qarabağ regionunda və ölkənin müxtəlif ərazilərində genişmiqyaslı tikinti, infrastruktur layihələri həyata keçirən və layihələrin idarə olunması üzrə peşəkar həllər təqdim edən yerli şirkətdir. Şirkət müasir idarəetmə yanaşmaları, təhlükəsizlik standartları, rəqəmsal proseslər və dayanıqlı tikinti təcrübəsinə əsaslanaraq fəaliyyət göstərir. Karabakh Group həm dövlət, həm də özəl sektor üçün iri həcmli layihələrin icrasında etibarlı tərəfdaş kimi tanınır.
"Tikintidə sənədləşmə dövlətçilik mədəniyyətidir. Çünki sənədlər büdcəni qoruyur, büdcə isə xalqın inamıdır." – Aqil Talıbov"Tikintidə sənədləşmə dövlətçilik mədəniyyətidir. Çünki sənədlər büdcəni qoruyur, büdcə isə xalqın inamıdır." – Aqil Talıbov

Biznes     Tarix: 27 noyabr 2025

Oxşar xəbərlər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm


iqtisadi xeberler bitkoin qiymeti dollar manat kursu 1000 manatla biznes bank faizleri