Pampers 23 milyard dollar qazanıb

Pampers 23 milyard dollar qazanıbABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələri analitiklərin gözləntilərini üstələyib. Artım əsasən paltaryuyan vasitələrə və evə qulluq məhsullarına tələbatın yüksəlməsi hesabına təmin edilib.
Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO
FED.az xəbər verir ki, şirkətin sentyabrın 30-da başa çatan üç aylıq dövr üzrə açıqladığı maliyyə hesabatına əsasən, hər səhmə düşən mənfəət 2 dollar təşkil edib. Halbuki LSEG-in sorğusunda iştirak edən analitiklər bu göstəricinin 1,88 dollar olacağını proqnozlaşdırırdılar.
Şirkətin 23,3 milyard dollarlıq satış gəliri də analitiklərin 22,8 milyard dollarlıq proqnozundan yüksək olub.
Müsbət maliyyə nəticələrinin açıqlanmasından sonra P&G-nin səhmləri cümə axşamı səhər keçirilən birja əməliyyatlarında 5%-dən çox bahalaşıb.
Şirkətin səhmdarlarına aid xalis mənfəəti 4,73 milyard dollar təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 4,75 milyard dollar olmuşdu. Beləliklə, xalis mənfəət təxminən 0,4% azalıb.
Bununla belə, hər səhmə düşən xalis mənfəət ötənilki 1,95 dollardan 1,97 dollara yüksəlib. Restrukturizasiya xərcləri və digər birdəfəlik amillər nəzərə alınmadıqda isə hər səhmə düşən mənfəət 2 dollar olub.
Satış həcmləri 2,4% artıb
P&G-nin məhsul satışlarının fiziki həcmi rüb ərzində 2,4% artıb. Bu göstərici şirkətin yeni maliyyə ilinə müsbət başladığını göstərir. Son dövrlərdə istehlakçıların xərclərinə daha həssas yanaşması P&G və digər iri istehlak malları istehsalçılarının satışlarına təsir göstərirdi.
Şirkət rəhbərliyi əvvəllər bildirirdi ki, alıcılar şampun, yuyucu vasitələr və digər gündəlik tələbat məhsullarını daha qənaətlə istifadə etməyə çalışırlar. Eyni zamanda, sərfəli qiymət təklif edən böyük qablaşdırmalara maraq artır.
P&G 2026-cı maliyyə ilində yalnız bir rüb ərzində fiziki satış həcmində artım qeydə almışdı.
Varlı və aztəminatlı istehlakçıların alış davranışları fərqlənir
P&G-nin maliyyə direktoru Andre Şulten CNBC telekanalına müsahibəsində bildirib ki, istehlak bazarında gəlir qrupları arasında ciddi davranış fərqləri müşahidə olunur. Onun sözlərinə görə, yüksək gəlirli istehlakçılar daha bahalı və yeni məhsullara üstünlük verməyə hazırdırlar. Hətta 30 dollar dəyərində şampun almaq da bu kateqoriya üçün məqbul sayılır.
Aşağı gəlirli istehlakçılar isə Tide və Pampers kimi tanınmış brendləri məhdud ailə büdcələrinə uyğunlaşdırmağa çalışırlar. Şirkət hər iki istehlakçı qrupunun ehtiyaclarını qarşılamaq üçün endirim kampaniyaları, yeni qablaşdırma ölçüləri və daha yüksək qiymətə satılan innovativ məhsullar təqdim edir.
Rəhbərliyin açıqlamasına görə, Pampers Amore və Pantene Abundant & Strong kimi yeni premium məhsullar müvafiq kateqoriyalarda P&G-nin bazar payının artmasına kömək edib.
Andre Şulten şirkətin fəaliyyət göstərdiyi bazarlarda rəqabətin olduqca güclü olduğunu da vurğulayıb. O bildirib ki, qiymət siyasəti ilə məhsul keyfiyyətinin və satış dinamikasının qorunması arasında həssas tarazlıq mövcuddur.
Şirkət qiymət artımlarını əsasən məhsul innovasiyaları və təkmilləşdirmələri ilə əsaslandırmağı, bununla da satış artımını riskə atmamağı planlaşdırır.
Ən yüksək artım yuyucu vasitələr və evə qulluq məhsullarında qeydə alınıb
P&G-nin ən yaxşı nəticə göstərən biznes istiqaməti parçalara və evə qulluq məhsulları bölməsi olub. Tide və Febreze kimi brendləri birləşdirən bu bölmənin fiziki satış həcmi rüb ərzində 4,3% artıb. Artım əsasən paltaryuyan vasitələrə və parçalara qulluq məhsullarına tələbatın yüksəlməsi ilə əlaqədardır.
Uşaq, qadın və ailə baxımı məhsulları bölməsində, eləcə də gözəllik məhsulları biznesində satış həcmləri 2%-dən çox artıb.
Bununla yanaşı, bəzi istiqamətlərdə azalma qeydə alınıb.
Gillette və Venus ülgüc brendlərinin daxil olduğu təraş və şəxsi baxım bölməsində fiziki satış həcmi 0,4% geriləyib. Ən zəif nəticə isə səhiyyə və sağlamlıq məhsulları bölməsində müşahidə olunub. Bu seqmentdə satış həcmləri 2,9% azalıb. Azalma əsasən Crest diş məcunu və Pepto-Bismol kimi şəxsi sağlamlıq məhsullarına tələbatın zəifləməsi ilə bağlı olub.
Şirkət illik satış proqnozunu yüksəldib
P&G-nin baş icraçı direktoru Şayleş Cecurikar bildirib ki, şirkət geosiyasi və iqtisadi çətinliklərin davam edəcəyini gözləsə də, illik maliyyə hədəflərinə çatmaq istiqamətində irəliləyir. Şirkət 2027-ci maliyyə ili üzrə əsas fəaliyyət nəticələrinə əsaslanan hər səhmə düşən mənfəət proqnozunu 6,89–7,11 dollar səviyyəsində saxlayıb. Eyni zamanda, illik satış artımı üzrə proqnoz əvvəlki 1–3% intervalından 2–4%-ə yüksəldilib. Proqnozun artırılması P&G-nin qida əlavələri istehsalçısı Thorne brendini satın alması ilə əlaqədardır. Satınalma əməliyyatı oktyabrın 1-də tamamlanıb.
Beləliklə, şirkət istehlakçıların xərclərə daha ehtiyatlı yanaşdığı şəraitdə həm satışlarını artırmağa, həm də analitiklərin mənfəət gözləntilərini üstələməyə nail olub.

Biznes     Tarix: 23 oktyabr 2026

Oxşar xəbərlər

Azərbaycan 24 ilin şirkəti sərmayəsindən 900 min manat – GÖTÜRDÜ

"Modern Construction Group" MMC (VÖEN: 1300144301) nizamnamə kapitalını azaldıb. Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkəti

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI

"Caspian Road" MMC-nin (VÖEN: 1306756681) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin təsisçiləri Əliyev İbrahim Əmiraslan oğlu və Arafah Group MMC öz payını götürərə

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb. xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Qlobal artımın, investisiyanı

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR

"Kənd" MMC-nin (VÖEN: 600827271) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2 milyon 781 min manatdan 100 manata – yəni 2 milyon 780 min 900 mana

ATİB nümayəndə heyəti "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasim


iqtisadi xeberler valyuta kurslari bitcoin qiymeti avtomobil xeberleri kicik biznes