"Araş" firmasına yeni rəhbər təyin olunub
Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən "Araş" firmasının rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb. Onun yerinə Əli Abdullayev təyin olunub.
FED.az xəbər verir ki, "Araş" firması dövlət qurumlarının tibbi təchizatla bağlı satınalmalarında iştirak edir. Şirkətin Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə bağladığı müqavilələrin ümumi dəyəri 2020-ci ildə 1 milyon 798 min manat təşkil edib.
Firma 2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı çərçivəsində sərfiyyat mallarının alınması üzrə tenderinin də qalibi olub. Şirkətlə təxminən 941,6 min manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, Ehtiram Fərzəlibəyov biznes fəaliyyəti ilə yanaşı, kulinariya və səyahət mövzularında sosial şəbəkə paylaşımları ilə də tanınır. (Banker)

Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ
Avropa İttifaqı və FED "UniCredit"in "Commerzbank"ı satın almasına razılıq verib
Moody"s: Dünya bankları 2027-ci ilə güclü mövqedə daxil olacaqlar
Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb
ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıb
İcbari sığortanın müddəti bitəndə "mygov" da xəbər verəcək
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu
"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı
Sünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız