Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı

Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edilib ki, "İpək Yolu Sığorta" ASC-nin müraciətinə əsasən, 11 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "İpək Yolu Sığorta" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi "Aviadaşıyıcıların üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası", "Elektron cihaz və avadanlıq sığortası", "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası", "Fiziki şəxslərin əmlakının sığortası", "Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası", "Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əmlakının sığortası", "Hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortası", "Hava nəqliyyat vasitələrinin sığortası", "Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası", "İş fəaliyyəti prosesinin dayanmasının sığortası", "İşəgötürənin məsuliyyətinin sığortası", "Könüllü tibbi sığorta", "Montaj sığortası", "İpoteka predmeti olan əmlakın sığortası", "Qiymətli əşyaların daşınması sığortası", "Bankların və maliyyə xidmətləri göstərən digər hüquqi şəxslərin risklərinin kompleks sığortası", "Səyahətin kompleks sığortası", "Tikinti-quraşdırma riskləri sığortası", "Ümumi məsuliyyətin və peşə məsuliyyətinin sığortası", "Yüklərin sığortası", "Auditorların peşə məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" və "Sərnişinlərin icbari fərdi qəza sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə məhdudlaşdırılıb.
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 105.3-cü maddəsinə əsasən, sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.
Gələcəkdə "İpək Yolu Sığorta" ASC-nin səhmdarlarının biznes fəaliyyəti və strateji hədəfləri ilə əlaqədar olaraq cəmiyyətin sığorta fəaliyyəti istiqamətində dəyişiklik zərurəti yarandığı təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəzi Banka müraciət ediləcəkdir.

Banklar     Tarix: 17 noyabr 2026

Oxşar xəbərlər

ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıb

JPMorgan Chase noyabrın 16-da, bazar ertəsi texniki nasazlıq səbəbindən bəzi müştəri əməliyyatlarının adi vaxtdan daha uzun müddət ərzində həyata keçirildiyini açıqlayıb. Bankın nümayəndəsinin sözlərinə görə, problem yerl

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Moody"s: Dünya bankları 2027-ci ilə güclü mövqedə daxil olacaqlar

Moody"s reytinq agentliyinin ekspertləri hesab edirlər ki, əlverişli iqtisadi şərait və dayanıqlı gəlirlilik sayəsində qlobal bank sektoru 2027-ci ilə güclü mövqedə daxil olacaq. Reuters yazır ki, Moody"s-in qiymətləndirməsin

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy


iqtisadi xeberler biznes krediti biznes qurmaq bank faizleri leobank kart