Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik®İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir.
16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-dən yuxarı məbləğdə nağd ödənişlərin həyata keçirilməsi üçün SİMA İmza vasitəsilə identifikasiya tələb olunacaq.
Yenilik Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tələbinə uyğun olaraq tətbiq edilir və həm "Expressbank"ın filiallarında yerləşən terminalları, həm də ölkə üzrə bütün "Expresspay" ödəniş nöqtələrini əhatə edir. İdentifikasiya prosesi bir neçə sadə addımdan ibarətdir və proses uğurla tamamlandıqdan sonra müştəri ödənişini adi qaydada davam etdirə bilər.
SİMA İmza vasitəsilə identifikasiya tələbi bir əməliyyat üzrə 500 AZN-dən yuxarı məbləğdə həyata keçirilən nağd ödənişlərə şamil olunur. 500 AZN və daha az məbləğli ödənişlər isə əvvəlki qaydada, identifikasiya tələb olunmadan həyata keçirilir.
"Expresspay" terminallarında SİMA İmza vasitəsilə identifikasiyanı necə həyata keçirmək olar?
İlk olaraq terminalda müvafiq xidmət seçilir və ödəniş üçün tələb olunan məlumatlar daxil edilir;
Terminalın ekranında "500 AZN-dən çox məbləğdə ödəniş etmək üçün şəxsiyyətinizi təsdiqləyin" bildirişi əks olunacaq. Ödəniş məbləği 500 AZN-dən yuxarı olduqda, identifikasiyaya başlamaq üçün müvafiq düyməyə klikləyin. Bundan sonra ekranda QR kod görünəcək;
Daha sonra mobil telefonunuzda SİMA İmza tətbiqinə daxil olun;
SİMA İmza tətbiqinin aşağı menyusunda yerləşən "QR" düyməsinə klikləyin;
Terminalın ekranında əks olunan QR kodu SİMA İmza tətbiqi vasitəsilə skan edin;
İdentifikasiya prosesi uğurla tamamlandıqdan sonra ödəniş prosesini adi qaydada davam etdirin.
Prosesin daha rahat və sürətli keçməsi üçün SİMA İmza tətbiqini öncədən mobil telefonunuza yükləməyiniz və qeydiyyatdan keçməyiniz tövsiyə olunur.
İdentifikasiya prosesi tamamlanmadığı halda, terminala artıq daxil edilmiş vəsaitin geri qaytarılması qəbzdə çap olunan qalıq kartı (16 rəqəmli PIN- kod) vasitəsilə həyata keçirilir. Bu səbəbdən qəbzin saxlanılması vacibdir.
Yeni tələb nağd ödəniş əməliyyatlarının şəffaflığının artırılmasına və müvafiq normativ tələblərə uyğunluğun təmin edilməsinə xidmət edir.
"Expresspay" xidmətləri ilə bağlı məlumat almaq və yarana biləcək suallarınızı ünvanlamaq üçün *8118 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
"Expresspay" "Expressbank" ASC-nin ödəniş terminalları şəbəkəsidir. "Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Banklar     Tarix: 16 noyabr 2026

Oxşar xəbərlər

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir – 2027-ci ildə nə gözlənilir?

Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması yenidən gündəmə gəlib. Hazırkı qanunvericiliyə əsasən, manatla 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətləri

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd


iqtisadi xeberler dollar kursu dollar məzənnəsi bu gunun xeberleri bitkoin