Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir.
Bu barədə beynəlxalq reytinq agentliyi Moody"s-in qiymətləndirməsində bildirilib.
Agentliyin proqnozuna əsasən, sövdələşmənin tamamlanmasından sonra banklar ilkin olaraq müstəqil fəaliyyətlərini davam etdirəcəklər. Daha sonra isə tənzimləyici tələblərə uyğun olaraq vahid strukturda birləşmə prosesi həyata keçiriləcək.
Moody"s hesab edir ki, bu əməliyyat "Bank Respublika"nın fəaliyyət miqyasını artırmaqla yanaşı, bazardakı mövqeyini də gücləndirəcək. Xüsusilə mikrobiznes, kiçik və orta sahibkarlıq seqmentlərində bankın rəqabət imkanlarının genişlənəcəyi gözlənilir.
Bununla belə, agentlik 2026-2027-ci illərdə "Bank Respublika"nın aktivlərinin keyfiyyətinə müəyyən təzyiq yarana biləcəyini proqnozlaşdırır. Buna səbəb "AccessBank"ın aktivlərinin yeni bankın kredit portfelinə daxil edilməsi və iki maliyyə institutunun kreditləşmə standartları arasındakı fərqlərdir.
Məlumata görə, 2025-ci ilin sonuna "AccessBank"ın problemli kreditlərinin ümumi kredit portfelində payı 7,4% olub. Müqayisə üçün, birləşmədən əvvəl 2026-cı ilin ortalarına "Bank Respublika"da bu göstərici 1,4% təşkil edib. Həmin bankda problemli kreditlərin ehtiyatlarla örtülmə səviyyəsi isə 109% olub.
Moody"s qısamüddətli inteqrasiya risklərinə baxmayaraq, uzunmüddətli dövrdə birləşmənin xərclərin optimallaşdırılması və sinerji effektinin əldə edilməsi baxımından müsbət nəticələr verə biləcəyini düşünür. Hər iki bankın oxşar biznes modelinə və mikrobiznes, KOB subyektləri, eləcə də fiziki şəxslərdən ibarət müştəri bazasına malik olması bu potensialı artırır.
Agentliyin gözləntisinə görə, birləşmədən sonra bankın maliyyələşməsində müştəri depozitlərinin rolu daha da artacaq. Növbəti 12-18 ay ərzində kreditləşmənin daha aşağı templə genişlənməsi likvidliyin lazımi səviyyədə qorunmasına şərait yaradacaq.
Moody"s "Bank Respublika"nın uzunmüddətli depozit reytinqləri üzrə proqnozunu mənfi qiymətləndirir. Bu isə yaxın 12-18 ayda reytinqlərin yüksəldilməsi ehtimalının aşağı olduğunu göstərir.
Bununla yanaşı, "AccessBank"ın uğurlu inteqrasiyası, xərclərə qənaət və kapital adekvatlığı ilə aktivlərin keyfiyyətinin dayanıqlı səviyyədə saxlanılması gəlirliliyin artmasına və proqnozun sabit istiqamətə dəyişməsinə imkan yarada bilər.
Qeyd edək ki, noyabrın əvvəlində "Bank Respublika" və "AccessBank" strateji sövdələşmənin başa çatdığını açıqlayıb. Əməliyyat çərçivəsində "Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni əldə edib. "AccessBank"ın əvvəlki səhmdarları isə "Bank Respublika"nın yeni buraxılmış imtiyazlı səhmlərini əldə etməklə bankın səhmdarlarına çevriliblər.

Banklar     Tarix: 15 noyabr 2026

Oxşar xəbərlər

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə


iqtisadi xeberler dollar kursu biznes xeberleri pul qazanmaq bitcoin