Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılmış və 13 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən müraciətlərin qəbuluna başlanılmışdır.
Vətəndaş müraciətlərinin Mygov portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə, real vaxt rejimində qəbulunun təmin edilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri həyata keçirilmiş, tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin edilərək daimi nəzarətdə saxlanılmışdır.
İpoteka kreditləşməsi prosesində ilk dəfə vətəndaşlar müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksionallığı ilə təsdiq ediblər.
Qeyd etmək lazımdır ki, ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə təqdim olunması əhali arasında bu kreditlərə yüksək tələb formalaşdırmışdır. Elan edilmiş vaxtda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində ipoteka krediti əldə etmək üçün 1393 şəxsin (ümumi müraciət edən şəxslərin sayı 6848) müraciəti qeydə alınmışdır.
İpoteka kreditləşməsi üzrə müraciətlərin qəbulundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.

"Qala Həyat"ın ödənişləri 76% artıb
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
Bitcoin necə işləyir?
Kriptovalyuta nədir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Elon Musk kimdir?