Ev şəraitində pul qazanmağın yolları
Kopirayter olmaq
Bir çox brendlər öz korporativ vebsaytları və ya korporativ bloqları üçün aktual mətnlərə, məhsul rəylərinə və ya məhsul müqayisələrinə ehtiyac duyurlar. Əgər oxumağı, araşdırmağı və yazmağı sevirsinizsə, bu sevginizi pula çevirə bilərsiniz.
Onlayn müəllimlik etmək
Ən azı bir mövzuda mütəxəssis olacaq qədər savadınız varsa, onu başqaları ilə paylaşaraq pul qazana bilərsiniz.
Bu pul qazancı yolunda yaxşı təqdimat və mövzuya xas olan yaxşı natiqlik qabiliyyətiniz sizə kömək edəcək.
Onlayn dərsi siz kameranız və ya telefonunuzla çəkdiyiniz videolarlara verəcəksiniz.
Videolarınızı isə ya öz hesablarınızda, ya onlayn canlı dərslərlə, ya da təhsil platformalarında paylaşıb pul qazana bilərsiniz.
Onlayn satış etməklə
Evdə özünüzün istifadə etmədiyiniz, lakin istifadəyə yararlı istənilən əşyanız varsa, onun və birinci əl məhsulların onlayn satışını edərək pul qazana bilərsiniz.
Satmaq istədiyiniz məhsulun keyfiyyətinə, çeşidinə və populyarlığına uyğun olaraq onlayn satışından əvvəlcə az pul qazana bilərsiniz. Lakin özünüzə müştəri yığdıqdan sonra və qazandığınız pulun daha çox hansı məhsuldan gəldiyini yaxşı analiz etməklə daha çox pul qazana bilərsiniz.
Veb sayt qurmaqla
HTML və CSS kimi texniki bilikləri dərindən bilmədən də veb dizayn biznesinə girə və pul qazana bilərsiniz.
Wix, Wordpress, Webly və oxşar veb-sayt və bloq şablonlarını özündə birləşdirən platformalar sizə kod yazmadan da veb saytlar qurmaq və dizayn etmək imkanı ilə evən pul qazanmağınızı təmin edir.
Bloqlar, e-ticarət saytları, portfolio saytları kimi bir çox saytı tələblərə uyğun qura və qeyd etdiyimiz veb alətlər sayəsində asanlıqla pul qazana bilərsiniz.

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda banklararası istinad faizi yüksəlib
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
Dünyada ən çox oxunan 5 kitab
Az pulla hansı işi qurmaq olar?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyanın ən dəyərli avtomobil şirkətləri