"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir.
FED.az xəbər verir ki, hər il ənənəvi olaraq keçirilən kampaniya bu il noyabrın 5-dən 11-dək davam edəcək.
"Bu noyabr da hər kəs Trendyolda" konsepti ilə təqdim olunan kampaniya çərçivəsində alıcıları milyonlarla məhsul üzrə xüsusi təkliflər gözləyir. Trendyol istifadəçiləri "Super endirim günləri"ndə "SUPER25" kodu ilə (maksimum 20 AZN-ə qədər) 25% endirim əldə edəcəklər.
Bununla yanaşı, kampaniya müddətində müxtəlif məhsullara 60%-dək endirimlər tətbiq olunacaq.
Bu il gündəlik tələbat məhsulları, kosmetika və ev kateqoriyaları üzrə məhsullar sərfəli qiymətlərlə təklif ediləcək. Həmçinin, platformanın əsas istiqamətlərindən dəb də daxil olmaqla, müxtəlif kateqoriyalar üzrə geniş məhsul çeşidini xüsusi endirimlərlə əldə etmək mümkün olacaq.
Kampaniya müddətində müxtəlif satıcılar tərəfindən kuponlar, promokodlar və alış-veriş səbətinə tətbiq edilən əlavə endirim imkanları təqdim ediləcək.
Kampaniya çərçivəsində alıcılar "Trendyol Plus" abunəliyinin üstünlüklərindən də faydalana biləcəklər. Azərbaycanda bu abunəliyi ilk aya özəl cəmi 1 AZN ödəməklə aktivləşdirmək mümkündür. Növbəti aylarda isə aylıq abunə haqqı 5.49 AZN təşkil edir.
"Trendyol" il ərzində təşkil etdiyi müxtəlif kampaniyalarla alıcılara geniş məhsul çeşidini daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.

"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
"Bank Respublika" mühüm təyinat baş tutub
PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi
Leobank "Felis 2026"da qızıl mükafat qazanıb
Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Digital Card nədir?
Ən bahalı otellər hansılardır?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Biznesə aid ən yaxşı 10 kitab