Azərbaycanda yeni agentlik - Fəaliyyətə başladı

Azərbaycanda yeni agentlik - Fəaliyyətə başladıAzərbaycan  Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda Kiçik və Orta biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, yeni agentliyin yaradılması ölkədə sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi və qeyri-neft ixracının təşviqi sahəsində dövlət siyasətinin daha çevik və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə xidmət edən yeni institusional mərhələdir.
Azərbaycanda son illər həyata keçirilən islahatların əsas istiqamətlərindən biri özəl sektorun inkişafı və qeyri-neft ixracının genişləndirilməsidir. Yeni agentliyin yaradılmasında da məqsəd bu sahədə işlərin daha səmərəli qurulmasıdır.
Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, ixrac imkanlarının genişləndirilməsi, sahibkarların maraqlarının qorunmasında iştirak və dövlət qurumları ilə biznes arasında əlaqələndirmənin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərəcək.
Bu funksiyaların bir qurumda birləşməsi sahibkarların dövlət dəstəyinə çıxışını asanlaşdıracaq, yeni investisiya layihələrinin təşviqinə, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını genişləndirməyə xidmət etməlidir.  
Yeni agentliyin fəaliyyətə başlaması ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) səlahiyyət müddəti başa çatıb və onun müvafiq funksiya və səlahiyyətləri yeni agentliyə keçib. Bununla da KOBİA-nın 8 illik fəaliyyəti dövründə formalaşdırılmış sahibkarlara dəstək infrastrukturu və mexanizmləri yeni institusional formatda davam etdiriləcək.
KOBİA-nın fəaliyyətinin başa çatması ilə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovun da qurumda rəhbər vəzifəsinin səlahiyyət müddəti başa çatıb.
Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) də səlahiyyətlərini icra edəcək yeni agentlik sahibkarlığın inkişafı, investisiya və ixracın təşviqi arasında daha sıx əlaqənin qurulmasına xidmət edəcək. Onun fəaliyyəti, həmçinin özəl sektorun iqtisadiyyatda rolunun genişlənməsinə və Azərbaycanın regional investisiya və biznes mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsinə yönələcək. 

Biznes     Tarix: 01 oktyabr 2026

Oxşar xəbərlər

Xaricə ixracı ən çox artan özəl şirkətlər – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ

Bu ilin yanvar-avqust aylarında bir sıra özəl şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım müşahidə olunub. Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinqi açıqlandı - ƏTRAFLI. biznes və maliyyə xəbərlər

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"

İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır. xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən I

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Azərbaycan 24 ilin şirkəti sərmayəsindən 900 min manat – GÖTÜRDÜ

"Modern Construction Group" MMC (VÖEN: 1300144301) nizamnamə kapitalını azaldıb. Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkəti

Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI

"Caspian Road" MMC-nin (VÖEN: 1306756681) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin təsisçiləri Əliyev İbrahim Əmiraslan oğlu və Arafah Group MMC öz payını götürərə

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar


iqtisadi xeberler rubl mezenne leobank kart dollarin kursu bu gun bitkoin