Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcəkOktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək.
FED.az xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi yerli istehsalçılar, investorlar və distribütorlarla əlaqələr qurmaq, innovativ avadanlıq və texnologiyaları təqdim etmək, eləcə də potensial əməkdaşlıq imkanlarını araşdırmaqdır.
Konfrans çərçivəsində qida emalı, qablaşdırma, avtomatlaşdırma və istehsal infrastrukturu sahələrində Almaniya texnologiyaları və innovativ həllər təqdim ediləcək. Fərdi B2B görüşləri isə Azərbaycan şirkətlərinə öz layihələrini təqdim etmək, texnoloji ehtiyaclarını müzakirə etmək və potensial əməkdaşlıq imkanlarını araşdırmaq şəraiti yaradacaq.
Qeyd edək ki, Almaniya nümayəndə heyətinin Azərbaycana səfəri Almaniyanın kiçik və orta müəssisələri üçün nəzərdə tutulan Bazara Çıxış Proqramı çərçivəsində həyata keçirilir. Proqram Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyinin sifarişi ilə "COMMIT Project Partners GmbH" tərəfindən "AHK Azərbaycan" və Almaniya Şərq Biznes Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində icra olunur.

Biznes     Tarix: 20 oktyabr 2026

Oxşar xəbərlər

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

"MİRAS" Hərbi-Sənaye Şirkəti Müdafiə Nazirliyinin tabeliyindən çıxarılaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, şirkətin tabeliyində dəyişiklik edilib. Qeyd edək ki, "MİRAS"

Azərbaycanda yeni agentlik - Fəaliyyətə başladı

Azərbaycan  Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviq

Dövlət və özəl sektor əməkdaşlığında sahibkarların rolu müzakirə olunub - FOTOLAR

Azərbaycan Türk İş Adamları Birliyi (ATİB) və FAYDA İş Adamları Platformasının birgə təşkilatçılığı, "Luxconcept" şirkətinin baş sponsorluğu, "Biznes TV" və "Biznes Mərkəzi"nin media dəstəy

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb. xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Qlobal artımın, investisiyanı

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta


iqtisadi xeberler online pul qazanmaq birbank emlak xeberleri bu gunun xeberleri