Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLARSonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğma mətbəxin dadları üçün də bir o qədər darıxır. Lakin xaricdə yaşayarkən belə zəhmətli yeməkləri hazırlamağa hər zaman vaxt tapılmır.
FED.az xəbər verir ki, Londonda doğulub boya-başa çatan 24 yaşlı Diana Daşdəmirova artıq 6 ildir bacısı ilə birlikdə şəhərdəki yeganə Azərbaycan restoranını işlədir. Paytaxtın İslinqton bölgəsində yerləşən "Land of Fire" restoranına baş çəkərək milli mətbəximizin burada necə təqdim olunduğunu və Azərbaycan dadlarının Londonda necə qarşılandığını öyrəndik. Burada xəngəldən aş-qara plova, dovğadan qutaba, yarpaq və kələm dolmasından çoban qovurmasınadək milli mətbəximizin bir çox ləziz təamını tapmaq mümkündür. Əvvəlcədən sifariş verildikdə isə piti və ləvəngi də hazırlanır. Diananın sözlərinə görə, əsas məqsədlərindən biri Azərbaycan mətbəxi vasitəsilə ölkəmizi və mədəniyyətimizi əcnəbilərə daha yaxından tanıtmaqdır.
Onun sözlərinə görə, xarici qonaqlar ən çox aş-qara plovu və xəngəli sevirlər. Aş-qara plovda şirin və turş dadların birləşməsi xüsusilə maraq doğurur. Xəngəl isə bir çox xarici qonağın öyrəşdiyi gürcü xəngəlindən tam fərqli olduğu üçün onların diqqətini çəkir. Diana bildirir ki, qonaqlar yeməklərlə maraqlanarkən çox vaxt Azərbaycan haqqında da suallar verirlər: "Biz də çalışırıq ki, onların ölkəmizin tarixi, mədəniyyəti və adət-ənənələri ilə bağlı suallarını cavablandıraq. Əlimizdən gəldiyi qədər Azərbaycanı tanıtmağa çalışırıq".
Restoranın aşpazı da azərbaycanlıdır. Diana zarafatla deyir ki, bunun sayəsində bütün yeməklərə "Azərbaycan əli dəyir".
24 yaşında belə bir restoranı idarə etməyin çətinliklərindən danışan Diana deyir ki, ən böyük məsuliyyət yeməklərin dadını Azərbaycandakı kimi qoruyub saxlamaqdır. Buna görə də məhsulların keyfiyyətinə xüsusi diqqət yetirirlər.
O bildirir ki, restoran fəaliyyətə başlayanda xarici qonaqların bir çoxunun Azərbaycan haqqında məlumatı çox az idi. Son illərdə isə Formula 1, COP29 və digər beynəlxalq tədbirlər sayəsində ölkəmizi tanıyanların sayı artıb.
"Biz də öz tərəfimizdən Azərbaycanı tanıtmağa çalışırıq. Bir nəfərə belə ölkəmiz haqqında yeni məlumat verə biliriksə, bu, bizim üçün böyük sevincdir", – deyə Diana bildirir.
Gələcəkdə isə onların məqsədi restoranın yeni filiallarını açmaq və Azərbaycan mətbəxini daha geniş auditoriyaya tanıtmaqdır.
Mən də çəkilişdən sonra aş-qara plovun, qutabın və dovğanın dadına baxdım. Sonda isə Azərbaycan çayı və paxlava ilə yeməyimizi tamamladıq. Beləcə, Londonda bir neçə saatlıq da olsa, özümü yenidən Azərbaycanda hiss etdim. (Azərtac)

Biznes     Tarix: 13 oktyabr 2026

Oxşar xəbərlər

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

İndoneziya vətəndaşı Azərbaycanda SPA mərkəzi – YARADIB

Mart ayının 16-da "Lamara SPA" MMC (VÖEN: 1407590691) dövlət qeydiyyatına alınıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni yaradılan şirkətin qanuni təmsilçisi İndoneziya vətəndaşı Apud İrma, nizamnam

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

ATİB nümayəndə heyəti "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasim


iqtisadi xeberler kripto 1000 manatla biznes biznes xeberleri bank faizleri