Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu

Birbank-ın ®Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Təsadüfi seçim üsulu ilə keçirilən tirajda ümumi dəyəri 70 000 AZN olan 165 pul mükafatı öz sahibini tapıb.
İlk tiraj çərçivəsində 100 nəfər 100 AZN, 50 nəfər 200 AZN, 10 nəfər 1000 AZN, 4 nəfər 5000 AZN, 1 nəfər isə 20 000 AZN məbləğində pul mükafatı qazanıb.
Qeyd edək ki, "Yığ və qazan" lotereyası 8 oktyabr 2026-cı il – 8 yanvar 2027-ci il tarixlərini əhatə edir. "Yığ və qazan" lotereyasında şansların sayı müştərinin Yığım hesabı üzrə həyata keçirdiyi əməliyyatlara və yığım davranışına əsasən formalaşır. Belə ki, hesab açmaq, ona vəsait əlavə etmək, yığım məqsədi müəyyənləşdirmək, avtomatik artırmanı aktivləşdirmək və hesabda yeni vəsait saxlamaq kimi fəaliyyətlər əlavə şans qazandırır. Lotereyada həm mövcud, həm də yeni AZN və USD Yığım hesabı olan Birbank müştəriləri iştirak edə bilərlər. İştirakçılar Birbank tətbiqində "Bizdən sizə" → "Lotereya" bölməsinə daxil olaraq yerinə yetirə biləcəkləri tapşırıqları və qazandıqları şansların sayını görə bilərlər.
Lotereyanın növbəti tirajları 24 dekabr 2026-cı il və 21 yanvar 2027-ci il tarixlərində keçiriləcək. Final tirajında 50 000 AZN məbləğində baş mükafat sahibini tapacaq.
I tirajın qaliblərinin siyahısı:
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Banklar     Tarix: 26 noyabr 2026

Oxşar xəbərlər

"Premium Bank"ın İdarə Heyətinə yeni üzv seçilib

"Premium Bank" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. xəbər verir ki, Şahin Nizaməddin oğlu Rzayev bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Bununla da bankın İdarə Heyətinin tərkib

Günay Cəlilova: "QR ödənişlər biznes üçün yeni imkanlar yaradır"

Kiçik və orta biznes üçün QR kimi yeni ödəniş üsulları pulun daha tez daxil olmasına və xərcin azalmasına imkan verir. GDP xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova "Etibarlı, təhlükəsi

Unibank və BANM arasında anlaşma memorandumu imzalanıb

"Unibank" KB ASC ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu "Unibank"ın İdarə Heyətinin sədri Valentin Morozov və BANM-in rektoru Elmar Qasımov imzalayıblar

Yeni fərmanla Mərkəzi Bank hansı səlahiyyəti əldə edir?

Azərbaycanda malların ixracı üzrə hesablaşmaların aparılması və ixrac gəlirlərinin ölkəyə köçürülməsinə nəzarət qaydaları dəyişir. Xarici ölkələrə mal ixracı üzrə hesablaşmalar "Valyuta tənzimi haqqında" qanun

PAŞA Bank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib

20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında keçirilən sərgi çərçivəsində PAŞA Bankın nümayəndələri müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə görüşərək onların inkişaf planlarını, maliyyələşdirmə ehtiyacların

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik

"Bank Respublika"nın İdarə heyətinə iki təyinat olub

"Bank Respublika" ASC-nin İdarə Heyətinə yeni üzvlər təyin edilib. xəbər verir ki, Anar Hüseynağa oğlu Həmidov və Tələt Dünyadur oğlu Orduyev bankın İdarə Heyətinin üzvü təyin edilib. Anar Hüseynağa oğlu Həmido

"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək

"PAŞA Həyat Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. şirkətin elanına istinadən xəbər verir ki, yığıncaq 28 dekabr 2026-cı il tarixində, saat 10:00-da "PAŞA Həyat Sığorta"

Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı

Azərbaycanda bank kartları ilə fırıldaqçılığın həcmi 75% artıb – 9 ayda 5 milyon manatı keçib. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara məxsus ödəniş kartları ilə həyata keçirilmiş fırıldaqçılıq əməliyyatlarını


iqtisadi xeberler birbank dollarin kursu bu gun leobank kart kicik biznes